Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Hidayət Heydərov Avropa çempionu titulunu qorumağa çalışacaq

© AFP 2023 / ATTILA KISBENEDEKHidayət Heydərov
Hidayət Heydərov - Sputnik Azərbaycan, 1920, 04.11.2023
Abunə olmaq
Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu ötən gün medal qazana bilməyib.
BAKI, 4 noyabr — Sputnik. Bu gün Azərbaycanın daha üç cüdoçusu Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Zelim Tçkayev (81 kq) tatamiyə çıxacaq.
Ötən il qitə çempionu olan Heydərov titulunu qorumağa çalışacaq. O, 1/16 finalda Abdul Malik Umayevlə (Belçika), Məmmədəliyev 1/32 finalda Turpal Coukayevlə (Finlandiya) üz-üzə gələcək.
Tçkayev isə 1/32 finalda Oskari Makinenin (Finlandiya) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu ötən gün medal qazana bilməyib.
Xəbər lenti
0