https://sputnik.az/20231103/neriman-abbasov-bakida-rusiyali-idmanci-uzerinde-gozel-qelebe-qazanacagina-soz-verib-460209176.html
Nəriman Abbasov Bakıda rusiyalı idmançı üzərində gözəl qələbə qazanacağına söz verib
Nəriman Abbasov Bakıda rusiyalı idmançı üzərində gözəl qələbə qazanacağına söz verib
Sputnik Azərbaycan
Azərbaycanlı döyüşçü "Rizin" turniri çərçivəsində rusiyalı idmançı Əli Əbdülxalikova qarşı baş tutacaq döyüşdən gözləntilərini bölüşüb. 03.11.2023, Sputnik Azərbaycan
2023-11-03T13:07+0400
2023-11-03T13:07+0400
2023-11-03T13:07+0400
azərbaycan
idman
mma
turnir
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427950152_0:259:1066:859_1920x0_80_0_0_bd6aa1ac5a6696ba3dd437f14c35ae84.jpg
BAKI, 3 noyabr — Sputnik. Qarışıq döyüş növləri (MMA) üzrə azərbaycanlı döyüşçü Nəriman Abbasov Bakıda rusiyalı Əli Əbdülxəlikov üzərində gözəl qələbə qazanacağına söz verib. Noyabrın 4-də Milli Gimnastika Arenasında məşhur azərbaycanlı döyüşçü, "Fight Nights Global"ın keçmiş çempionu Nəriman Abbasov və rusiyalı Əli Əbdülxalikov arasında Rizin Landmark 7 MMA turniri üzrə döyüş baş tutacaq. Döyüş ərəfəsində Abbasov jurnalistlərlə söhbətində qarşıda baş tutacaq yarışa tam hazır olduğunu qeyd edib. Eyni zamanda döyüşçü qeyd edib ki, o, ən nüfuzlu döyüş təşkilatına qayıtmaq ümidini itirmir. Xatırladaq ki, Abbasov bu yaxınlarda təsnifat döyüşündə braziliyalı İsmael Bonfimə məğlub olaraq UFC-dən çıxıb. O, həmçinin Azərbaycanda MMA-ya böyük marağının olduğunu da qeyd edib və əminliklə bildirib ki, şənbə günü Azərbaycan döyüşçüləri yerli ictimaiyyət tərəfindən fəal şəkildə dəstəklənəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427950152_0:7:1066:807_1920x0_80_0_0_259101829330db9c22c4d45ea871f367.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
azərbaycan, mma, turnir
Nəriman Abbasov Bakıda rusiyalı idmançı üzərində gözəl qələbə qazanacağına söz verib
Azərbaycanlı döyüşçü "Rizin" turniri çərçivəsində rusiyalı idmançı Əli Əbdülxalikova qarşı baş tutacaq döyüşdən gözləntilərini bölüşüb.
BAKI, 3 noyabr — Sputnik. Qarışıq döyüş növləri (MMA) üzrə azərbaycanlı döyüşçü Nəriman Abbasov Bakıda rusiyalı Əli Əbdülxəlikov üzərində gözəl qələbə qazanacağına söz verib.
Noyabrın 4-də Milli Gimnastika Arenasında məşhur azərbaycanlı döyüşçü, "Fight Nights Global"ın keçmiş çempionu Nəriman Abbasov və rusiyalı Əli Əbdülxalikov arasında Rizin Landmark 7 MMA turniri üzrə döyüş baş tutacaq.
Döyüş ərəfəsində Abbasov jurnalistlərlə söhbətində qarşıda baş tutacaq yarışa tam hazır olduğunu qeyd edib.
"Turnirə hazırlıq başa çatıb, üstəlik, lazım olan çəkimi də əldə etmişəm. Əla döyüş nümayiş etmək və gözəl qələbə qazanmaq istəyirəm. Yaxşı rəqibim var, o da mənim kimi ayaq üstə duraraq döyüşməyi sevir. Buna baxmayaraq, özümü favorit hesab edirəm, Əbdülxəlikov üçün bu döyüş çətin olacaq", - deyə Abbasov bildirib.
Eyni zamanda döyüşçü qeyd edib ki, o, ən nüfuzlu döyüş təşkilatına qayıtmaq ümidini itirmir.
Xatırladaq ki, Abbasov bu yaxınlarda təsnifat döyüşündə braziliyalı İsmael Bonfimə məğlub olaraq UFC-dən çıxıb. O, həmçinin Azərbaycanda MMA-ya böyük marağının olduğunu da qeyd edib və əminliklə bildirib ki, şənbə günü Azərbaycan döyüşçüləri yerli ictimaiyyət tərəfindən fəal şəkildə dəstəklənəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.