https://sputnik.az/20231027/artiq-milli-komandaya-bolgelerden-de-gimnastlar-celb-olunurlar-460003942.html
Artıq milli komandaya bölgələrdən də gimnastlar cəlb olunurlar
Artıq milli komandaya bölgələrdən də gimnastlar cəlb olunurlar
Sputnik Azərbaycan
Qubada keçirilrən Azərbaycan birinciliyində Bakı ilə yanaşı, doqquz bölgədən idmançılar mübarizə aparır. 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T13:41+0400
2023-10-27T13:41+0400
2023-10-27T13:41+0400
gimnast
idman
region
kompleks
dövlət
idman
azərbaycan gimnastika federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/05/09/426916025_0:0:3071:1728_1920x0_80_0_0_f0724307d14f30421976db92231bebc6.jpg
BAKI, 27 oktyabr — Sputnik. Federasiya tərəfindən milli yarışların bölgələrdə təşkili artıq ənənə halını alıb. Bölgədə ilk dəfə Azərbaycan çempionatı 2011-ci ildə Qusarda olub. 2016-cı ildə Mingəçevirdə də belə yarış keçirilib. Ötən il isə Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlar təşkil edilib. Ümumiyyətlə, son illər bölgələrdə gimnastikanın inkişafı böyük vüsət alıb. Hazırda Bakıdan kənarda ölkənin müxtəlif bölgələrində 30 gimnastika bölməsi fəaliyyət göstərir. AZƏRTAC-ın xəbərinə görə, buu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib. O bildirib ki, Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyi də yüksək səviyyədə təşkil olunub. Bölgə idmanının inkişafına yönələn bu təşəbbüs yeniyetmə və gənclərin gimnastikaya olan marağının artmasına xidmət edir: "Qubada yarışı izləməyə gələn azarkeşlərin sayının çox olması bu idman növünə marağın yüksək olmasından xəbər verir. Bütün bunlar dövlət tərəfindən Azərbaycanda idmanın inkişafına göstərilən diqqət, ölkənin birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülən işlərin nəticəsidir”, - deyə Nurlana Məmmədzadə bildirib. Quba Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinə oktyabrın 27-də yekun vurulacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/09/426916025_342:0:3071:2047_1920x0_80_0_0_0348c65aa40e47bab0e8b733bd981e0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gimnast, region, kompleks, dövlət, idman, azərbaycan gimnastika federasiyası
gimnast, region, kompleks, dövlət, idman, azərbaycan gimnastika federasiyası
Artıq milli komandaya bölgələrdən də gimnastlar cəlb olunurlar
Qubada keçirilrən Azərbaycan birinciliyində Bakı ilə yanaşı, doqquz bölgədən idmançılar mübarizə aparır.
BAKI, 27 oktyabr — Sputnik. Federasiya tərəfindən milli yarışların bölgələrdə təşkili artıq ənənə halını alıb. Bölgədə ilk dəfə Azərbaycan çempionatı 2011-ci ildə Qusarda olub. 2016-cı ildə Mingəçevirdə də belə yarış keçirilib. Ötən il isə Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlar təşkil edilib. Ümumiyyətlə, son illər bölgələrdə gimnastikanın inkişafı böyük vüsət alıb. Hazırda Bakıdan kənarda ölkənin müxtəlif bölgələrində 30 gimnastika bölməsi fəaliyyət göstərir.
AZƏRTAC-ın xəbərinə görə, buu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.
O bildirib ki, Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyi də yüksək səviyyədə təşkil olunub. Bölgə idmanının inkişafına yönələn bu təşəbbüs yeniyetmə və gənclərin gimnastikaya olan marağının artmasına xidmət edir:
“Qubada keçirilrən Azərbaycan birinciliyində Bakı ilə yanaşı, doqquz bölgədən idmançılar mübarizə aparır. Bölgələrdə bədii gimnastikanın inkişafı sevindirici haldır. Artıq milli komandaya bölgələrdən də gimnastlar cəlb olunurlar. Onlar arasında ötən illərdə keçirilən Avropa çempionatında komanda hesabında medal qazananlar da var. Bu onun göstəricisidir ki, bölgələrdə də gimnastikaya böyük həvəs var".
"Qubada yarışı izləməyə gələn azarkeşlərin sayının çox olması bu idman növünə marağın yüksək olmasından xəbər verir. Bütün bunlar dövlət tərəfindən Azərbaycanda idmanın inkişafına göstərilən diqqət, ölkənin birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülən işlərin nəticəsidir”, - deyə Nurlana Məmmədzadə bildirib.
Quba Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinə oktyabrın 27-də yekun vurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.