Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əli Əsədov Tbilisidə konfransda Nikol Paşinyana cavab verib

© Sputnik / Дмитрий АстаховПремьер-министр Азербайджана Али Асадов
Премьер-министр Азербайджана Али Асадов - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Abunə olmaq
Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib.
BAKI, 26 oktyabr — Sputnik. "Azərbaycanın bir qonşusundan başqa digərləri ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var. Ermənistanın baş naziri Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi".
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda bildirib.
"Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var", - Baş nazir qeyd edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumunda çıxış edərkən Ermənistanın regionda bütün kommunikasiyaların açılmasına hazır olduğunu bildirib. O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalayacaqlarına ümid edir.
Главы МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 09.07.2023
SİYASƏT
Ermənistanla kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir - Ceyhun Bayramov
Xəbər lenti
0