https://sputnik.az/20230709/ermenistanla-kommunikasiyalarin-acilmasi-istiqametinde-danisiqlar-gedir---ceyhun-bayramov-456633249.html
Ermənistanla kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir - Ceyhun Bayramov
Ermənistanla kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir - Ceyhun Bayramov
Sputnik Azərbaycan
Azərbaycan xarici işlər naziri son aylarda Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlərin aparıldığını bildirib. 09.07.2023, Sputnik Azərbaycan
2023-07-09T12:00+0400
2023-07-09T12:00+0400
2023-07-09T12:03+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230553_0:0:3071:1727_1920x0_80_0_0_0c027752e6668bd7d46f8cbf7712c731.jpg
BAKI, 9 iyul - Sputnik. "Son aylar ərzində Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir".Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, bu müddət ərzində liderlər səviyyəsində bir neçə dəfə görüş olub: "Eyni zamanda xarici işlər nazirləri səviyyəsində intensiv təmaslar olub"."Kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir", - nazir vurğulayıb.Ermənistanın silahlı hücumları davam edirDanışıqların getməsinə baxmayaraq, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda və ölkə ərazilərində hərbi məqsədli kəşfiyyat işləri aparmaqda davam edir. Belə ki, iyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilir ki, iyulun 8-i saat 22:35-dən 23:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən bu istiqamətlərdə cavab tədbirləri görülüb.Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib.Görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb.Eyni zamanda, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230553_171:0:2900:2047_1920x0_80_0_0_4d12b9d8b9915b20b1df750de3663e03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, ermənistan
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, ermənistan
Ermənistanla kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir - Ceyhun Bayramov
12:00 09.07.2023 (Yenilənib: 12:03 09.07.2023) Azərbaycan xarici işlər naziri son aylarda Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlərin aparıldığını bildirib.
BAKI, 9 iyul - Sputnik. "Son aylar ərzində Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu müddət ərzində liderlər səviyyəsində bir neçə dəfə görüş olub: "Eyni zamanda xarici işlər nazirləri səviyyəsində intensiv təmaslar olub".
"Kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir", - nazir vurğulayıb.
Ermənistanın silahlı hücumları davam edir
Danışıqların getməsinə baxmayaraq, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda və ölkə ərazilərində hərbi məqsədli kəşfiyyat işləri aparmaqda davam edir.
Belə ki, iyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, iyulun 8-i saat 22:35-dən 23:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən bu istiqamətlərdə cavab tədbirləri görülüb.
Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib.
Görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb.
Eyni zamanda, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.