https://sputnik.az/20231024/33-formatinin-fealiyyeti-niye-vacibdir-459910856.html
"3+3" formatında fəaliyyət niyə vacibdir?
"3+3" formatında fəaliyyət niyə vacibdir?
Sputnik Azərbaycan
Politoloq qeyd edir ki, "3+3" formatının təsirli olması üçün o işlək mexanizmə çevrilməlidir. 24.10.2023, Sputnik Azərbaycan
2023-10-24T17:20+0400
2023-10-24T17:20+0400
2023-10-24T17:26+0400
gürcüstan
siyasət
3+3 formatı
azərbaycan
rusiya
region
güc
münaqişə
platforma
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/17/459880741_0:165:3055:1883_1920x0_80_0_0_44954aec581353cb88e0cb696fc8ae6e.jpg
BAKI, 24 oktyabr — Sputnik. Oktyabrın 23-də Tehranda "3+3" formatında iştirakçı ölkələrin XİN rəhbərlərinin görüşü keçirildi. Danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəldilər. Tehran görüşündə sadəcə Gürcüstan iştirak etmədi. Sputnik Azərbaycan "3+3" formatı və onun perspektivləri ilə bağlı millət vəkili Elman Nəsirov və politoloq Natiq Mirinin fikirlərini öyrənib. Millət vəkili Elman Nəsirov bildirib ki, "3+3" formatının məqsədi Cənubi Qafqazın problemlərinin tənzimlənməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh prosesinin məntiqi sonluğa çatdırılması, regiondan kənar oyunçuların iştirakının qarşısı alınmasıdır:Millət vəkili xatırladıb ki, 2021-ci dekabrın 10-da XİN rəhbərlərinin müavinləri səviyyəsində "3+3" formatında Moskva görüşü keçirilib:"Bütün bu reallıqlar Azərbaycanın milli maraqlarına ziddir. Eyni zamanda bu Türkiyənin, Rusiyanın və İranın da maraqlarının əleyhinədir. Çünki Fransa və ABŞ-ın bölgədə hərbi mövcudluğunun qorunması, inkişafı region ölkələri üçün təhlükə yaradır. Bu baxımdan "3+3" formatı regional problemlərin həll etmək niyyətinin ifadəsidir. Kənar müdaxilələrin qarşısının almaq cəhdidir. Bugünkü reallıqlarda sülh və təhlükəsizliyin təmin edilməsi maraqlarına xidmət edir", - deyə millət vəkili qeyd edib. Politoloq Natiq Miri qeyd edir ki, "3+3" formatının təsirli olması üçün o işlək mexanizmə çevrilməlidir. Buna isə prosesdə iştirak edən ölkələrin problemlərin həll yollarına baxışlarının elan olunması ilə nail olmaq mümkündür:"Bundan sonrakı fəaliyyət bütün maraqları nəzərə almaqla koordinasiyalı şəkildə ortaq bir maraq təmin etməkdən ibarət olacaq. Çox güman ki, bu türkiyəli diplomatlara tapşırılacaq. Növbəti görüşün 2024-cü ildə Türkiyədə keçirilməsi nəzərdə tutulur. Bu bir başlanğıcdır. Əgər həqiqətən də hər kəsin özünün geosiyasi maraqları kontekstində, yalnız özünü düşünəcəyi bir platforma olacaqsa, bu sistem alınmayacaq. Xüsusilə də regional problemlərin məhz region dövlətləri arasında həll edilməsi qayəsinə ciddi şəkildə riayət ediləcəksə, onda bunun ciddi təsirləri və təzahürləri olacaq. İlk növbədə regiona xarici qlobal güclərin müdaxiləsinin qarşısı alınacaq. Çünki oturuşmuş bir sistem olmadıqca hər zaman kənardan müdaxilələr imkanı yaranır". Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231024/onlar-oz-reseptlerini-zorla-qebul-etdirmeye-calisirlar---emirbeyov-459908311.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/17/459880741_163:0:2892:2047_1920x0_80_0_0_8b19b90f4f6000ea38dd3dc44bd85412.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gürcüstan, 3+3 formatı, azərbaycan, rusiya, region, güc, münaqişə, platforma
gürcüstan, 3+3 formatı, azərbaycan, rusiya, region, güc, münaqişə, platforma
"3+3" formatında fəaliyyət niyə vacibdir?
17:20 24.10.2023 (Yenilənib: 17:26 24.10.2023) Politoloq qeyd edir ki, "3+3" formatının təsirli olması üçün o işlək mexanizmə çevrilməlidir.
BAKI, 24 oktyabr — Sputnik. Oktyabrın 23-də Tehranda "3+3" formatında iştirakçı ölkələrin XİN rəhbərlərinin görüşü keçirildi. Danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəldilər. Tehran görüşündə sadəcə Gürcüstan iştirak etmədi.
Sputnik Azərbaycan "3+3" formatı və onun perspektivləri ilə bağlı millət vəkili Elman Nəsirov və politoloq Natiq Mirinin fikirlərini öyrənib.
Millət vəkili Elman Nəsirov bildirib ki, "3+3" formatının məqsədi Cənubi Qafqazın problemlərinin tənzimlənməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh prosesinin məntiqi sonluğa çatdırılması, regiondan kənar oyunçuların iştirakının qarşısı alınmasıdır:
"Bu prosesdə region ölkələrinin fəal iştirakı ilə təmin edilməlidir. "3+3" platforması ideyası Rusiya və İran tərəfindən qəbul edilir. Gürcüstan isə Rusiya ilə olan bəzi problemlərə görə bu prosesdə iştirak etmir".
Millət vəkili xatırladıb ki, 2021-ci dekabrın 10-da XİN rəhbərlərinin müavinləri səviyyəsində "3+3" formatında Moskva görüşü keçirilib:
"Gürcüstan o görüşdə də iştirak etmədi. Gürcüstan Moskva ilə münasibətlərindəki problemlərə görə görüşdən imtina etdi. Tehran görüşündə də bu təkrarlandı. Bir şeyi də nəzərdən qçırmaq olmaz. Son zamanlar Fransa ilə Ermənistan münasibətləri intensivləşməyə başlayıb. Ermənistan müdafiə nazirinin Fransaya səfəri zamanı bir neçə sənəd imzalanıb. Burada söhbət ilk növbədə iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıqdan gedir. Fransa Ermənistanın silahlandırılması öhdəliyini öz üzərinə götürüb. Xüsusilə də hava hücumundan müdafiə sistemləri ilə Ermənistanı təmin etmək niyyətindədir. Bu o deməkdir ki, regiondankənar oyunçu Fransanın proseslərdə iştirakı Ermənistanı yeni hərbi təxribatlara, avantüralara, ən pis halda isə üçüncü Qarabağ müharibəsinə təhrik edə bilər".
"Bütün bu reallıqlar Azərbaycanın milli maraqlarına ziddir. Eyni zamanda bu Türkiyənin, Rusiyanın və İranın da maraqlarının əleyhinədir. Çünki Fransa və ABŞ-ın bölgədə hərbi mövcudluğunun qorunması, inkişafı region ölkələri üçün təhlükə yaradır. Bu baxımdan "3+3" formatı regional problemlərin həll etmək niyyətinin ifadəsidir. Kənar müdaxilələrin qarşısının almaq cəhdidir. Bugünkü reallıqlarda sülh və təhlükəsizliyin təmin edilməsi maraqlarına xidmət edir", - deyə millət vəkili qeyd edib.
Politoloq Natiq Miri qeyd edir ki, "3+3" formatının təsirli olması üçün o işlək mexanizmə çevrilməlidir. Buna isə prosesdə iştirak edən ölkələrin problemlərin həll yollarına baxışlarının elan olunması ilə nail olmaq mümkündür:
"Bundan sonrakı fəaliyyət bütün maraqları nəzərə almaqla koordinasiyalı şəkildə ortaq bir maraq təmin etməkdən ibarət olacaq. Çox güman ki, bu türkiyəli diplomatlara tapşırılacaq. Növbəti görüşün 2024-cü ildə Türkiyədə keçirilməsi nəzərdə tutulur. Bu bir başlanğıcdır. Əgər həqiqətən də hər kəsin özünün geosiyasi maraqları kontekstində, yalnız özünü düşünəcəyi bir platforma olacaqsa, bu sistem alınmayacaq. Xüsusilə də regional problemlərin məhz region dövlətləri arasında həll edilməsi qayəsinə ciddi şəkildə riayət ediləcəksə, onda bunun ciddi təsirləri və təzahürləri olacaq. İlk növbədə regiona xarici qlobal güclərin müdaxiləsinin qarşısı alınacaq. Çünki oturuşmuş bir sistem olmadıqca hər zaman kənardan müdaxilələr imkanı yaranır".
"İlk vaxtlar bu prosesdə İran, Gürcüstan və Ermənistan iştirak etmirdi. Rusiyada keçirilən görüşdə bu platforma işlək mexanizmə çevrilə bilmədi. Xarici hərbi güclərin Ermənistanda peyda olması, proseslərə müdaxiləsi region ölkələrini ayıltmağa başladı. Rusiya və İran, eyni zamanda Azərbaycan və Türkiyə bu varlıqdan məmnun deyil. Çünki regional olmayan qüvvələrin regiona müdaxiləsi problemlərin həllinə çətinliklər yaradır. Həm regiondakı, həm də regiondankənar qlobal güclərin geosiyasi maraqlarını uzlaşdırmaq çox çətin məsələdir. Ona görə də, bu "3+3" platformasının işləkliyini təmin etmək üçün region ölkələri ümumi maraqları ortaya qoymalıdır", -deyə politoloq fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.