SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Onlar öz "reseptləri"ni zorla qəbul etdirməyə çalışırlar - Əmirbəyov

© Photo : AZƏRTACBirinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov
Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Məsləhətçi regional platformanın yaradılması ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra irəli sürülüb.
BAKI, 24 oktyabr — Sputnik. "Ötən gün Tehranda keçirilən nazirlərin görüşündə "3+3" formatının iştirakçıları konsensusa gəliblər ki, məhz region ölkələrinin regional problemlərinin həllində əsas rol oynaması lazımdır və bu mənada biz bu strateji əhəmiyyətli regionun gələcəyinin formalaşdırılmasında aidiyyət və iştirak hissimizi gücləndirmək niyyətindəyik". Bunu BBC radiosunun canlı efirində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Bu mənada ölkələrin kənar oyunçuların regionun işlərinə zərərli xarici müdaxiləsinə qarşı çıxması təbiidir. Regiondankənar oyunçular çox vaxt öz mənfur daxili siyasətlərinə və maraqlarına əsaslanan "reseptləri"ni zorla Cənubi Qafqaz ölkələrinə qəbul etdirməyə çalışırlar", - o vurğulayıb.

E.Əmirbəyov xatırladıb ki, məsləhətçi regional platformanın yaradılması ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra irəli sürülüb:
"Bu təşəbbüsün məqsədi fəal regional əməkdaşlıq üçün mövcud ciddi potensialdan istifadə etməkdir. Söhbət Cənubi Qafqazın üç dövləti ilə onların ən yaxın qonşuları – Türkiyə, Rusiya və İran arasında ticarət, nəqliyyat kommunikasiyaları, enerji təhlükəsizliyi, mədəniyyət, elm və s. kimi perspektivli sahələrdə əməkdaşlıq və praktiki qarşılıqlı fəaliyyətdən gedir".
Onun sözlərinə görə, Fransa BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Parlamenti və hətta Beynəlxalq Frankofoniya Təşkilatı kimi beynəlxalq qurumlardakı aparıcı rolundan sui-istifadə edir və bu məqam Azərbaycana münasibətdə açıq şəkildə özünü büruzə verir:

"Təəssüf ki, Paris qərəzli, birtərəfli və açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini daim irəli sürməklə, öz daxili siyasi gündəminin girovuna çevrilir. Bununla bu ölkə təkcə öz nüfuzuna deyil, həm də Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mümkün vasitəçi kimi reputasiyasına xələl gətirir".

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Fransadan Ermənistana böyük miqdarda silah və texnikanın tədarükünə də münasibət bildirib:
"Fransa qarşıdurma və Cənubi Qafqaz regionunun daha da hərbiləşdirilməsi yolu ilə gedir. Bununla Paris regionla bağlı siyasətinin təhlükəli və kifayət qədər proqnozlaşdırıla bilən nəticələrini tamamilə görməzdən gəlir", - o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0