Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan taekvondoçuları Qətərdə 5 medal qazanıblar

© AFP 2024 / ED JONESAzərbaycan taekvondoçusu
Azərbaycan taekvondoçusu - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
İdmançılar G1 kateqoriyalı beynəlxalq turnirdə 1 gümüş, 4 bürünc mükafata sahib olublar.
BAKI, 23 oktyabr — Sputnik. Taekvondo üzrə Azərbaycan millisi Dohada keçirilən Qətər açıq çempionatını 5 medalla başa vurub.
İdmançılar G1 kateqoriyalı beynəlxalq turnirdə 1 gümüş, 4 bürünc mükafata sahib olublar.
Yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.
Xəbər lenti
0