Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün “Kəpəz” “Zirə”ni Tovuzda qəbul edəcək

© AFP 2023 / PAUL ELLISFutbolçu, arxiv şəkli
Futbolçu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
BAKI, 21 oktyabr - Sputnik. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha iki oyunu keçiriləcək. Oyunlardan biri Tovuzda, digəri Bakıda baş tutacaq.
Günün ilk qarşılaşmasında “Kəpəz” “Zirə” ilə üz-üzə gələcək. Gəncə şəhər stadionu yenidən inşa olunacağı üçün “sarı-göylər” rəqibini Tovuzda qəbul edəcək. İlk dövrədən sonra aktivində 5 xalı olan “Kəpəz” autsayderdir. “Qartallar” isə 19 xalla ikinci pillədə qərarlaşıb.
Bu oyun komandaların ölkə çempionatında ümumilikdə 18-ci dueli olacaq. Əvvəlki 17 matçın 3-də gəncəlilər, 7-də bakılılar qələbə qazanıb. Yeddi qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də paytaxt təmsilçisinin üstünlüyü var – 23:16.
“Zirə” son 6 oyunda qol vurub. “Kəpəz” son 9 matçda qalib gələ bilməyib.
Günün digər oyunu isə “Sabah”“Sumqayıt” komandaları arasında olacaq. Bakı klubu hazırda yeddi xalla 8-ci sırada yer alıb. “Gənclik şəhəri” təmsilçisi isə 11 xalla 7-ci pilləni tutur.
İki komanda bunadək Premyer Liqada 19 dəfə qarşılaşıb. Bunların 10-u “Sabah”ın, 6-sı “Sumqayıt”ın xeyrinə başa çatıb. Üç qarşılaşmada heç-heçə qeydə alınıb. Meydan sahiblərinin vurduğu 37 qola qonaqlar 19 topla cavab veriblər.
“Sabah” son dörd oyunda böyükhesablı “quru” qələbə qazanıb. “Sumqayıt” 7 matçda qalib gələ bilməyib.
Azərbaycan Premyer Liqası
X tur
21 oktyabr (şənbə)
15:00. “Kəpəz” – “Zirə”
18:00. “Sabah” – “Sumqayıt”
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib, “Neftçi” isə “Səbail”ə qalib gəlib – 4:2.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0