Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qadın futbolçulardan ibarət Azərbaycan millisinə iyirmi üç oyunçu cəlb edilib

© Sputnik / Murad OrujovQadınlardan ibarət Azərbaycan millisinin oyunçusu
Qadınlardan ibarət Azərbaycan millisinin oyunçusu - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Komanda həmin qarşılaşmalara hazırlıq məqsədi ilə oktyabrın 23-dən Farer adalarında təlim-məşq toplanışına başlayacaq
BAKI, 20 oktyabr — Sputnik. Qadın fubolçulardan ibarət Azərbaycan millisinin Millətlər Liqasında keçirəcəyi iki oyun üçün heyəti müəyyənləşib.
AFFA-nın rəsmi saytının xəbərinə görə, yığmaya 23 oyunçu cəlb edilib.
Komanda həmin qarşılaşmalara hazırlıq məqsədi ilə oktyabrın 23-dən Farer adalarında təlim-məşq toplanışına başlayacaq.
Qeyd edək ki, oktyabrın 27-də Farer adalarının qonağı olacaq Azərbaycan millisi bundan 4 gün sonra "Dalğa Arena"da Monteneqronu qəbul edəcək.
Xəbər lenti
0