https://sputnik.az/20231016/gurcustan-prezidenti-impicment-fonunda-istefa-vermeyeceyini-aciqlayib-459665842.html
Gürcüstan Prezidenti impiçment fonunda istefa verməyəcəyini açıqlayıb
Gürcüstan Prezidenti impiçment fonunda istefa verməyəcəyini açıqlayıb
Sputnik Azərbaycan
Dövlət başçısı ölkə telekanalları ilə yayımlanan bəyanatında məhkəmənin gəldiyi nəticəni imzalayan hakimlərin utanmalı olduqlarını deyib. 16.10.2023, Sputnik Azərbaycan
2023-10-16T23:39+0400
2023-10-16T23:39+0400
2023-10-16T23:29+0400
dünya xəbərləri
salome zurabişvili
https://cdnn1.img.sputnik.az/img/42024/29/420242997_38:0:1000:541_1920x0_80_0_0_3024e93100b9fd71049b12f0ab159d03.jpg
BAKI, 16 oktyabr - Sputnik. Bu gün mənim qəlbim qırıldı, baxmayaraq ki, bu ölkədə artıq heç nə məni təəccübləndirmir.APA xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zuraabişvili Konstitusiya Məhkəməsinin hakim “Gürcü Arzusu” partiyasının Prezidentin impiçmenti ilə bağlı təqdimatına müsbət rəy verməsinə münasibət bildirərkən deyib.Dövlət başçısı ölkə telekanalları ilə yayımlanan bəyanatında məhkəmənin gəldiyi nəticəni imzalayan hakimlərin utanmalı olduqlarını deyib.“Bu praktiki olaraq bütün müstəqil qurumların artıq təhrif edildiyi və ölkədə biri - Prezident istisna olmaqla müstəqil qurumun saxlanılmadığı indiki vaxtda bu qərar ölkəyə böyük zərərdir… Mən bizim avropalı və demokratik gələcəyimiz naminə heç bir yerə getmirəm, istefa verməyəcəm, olduğum yerdə qalacağam. Bu gün avropalı gələcəyimiz və demokratiya eyni daşla vuruldu. Hakimiyyət qolları arasında balans olmayan ölkələr demokratik hesab edilə bilməzlər”, - deyə Prezident bildirib.Salome Zurabişvili impiçment səsverməsi zamanı parlamentə gedəcəyini qeyd edib.Müxalifəti iclas zamanı parlamentin müzakirə zalında iştirak etməməyə çağıran Prezident sonadək mübarizə aparacağını vurğulayıb.Xatırladaq ki, bu gün Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-sı Prezidentin hökumətdən icazəsiz Avropa ölkələrinə səfərlər edərək konstitusiyanı pozduğu qənaətinə gəlib və “Gürcü Arzusu”nun başlatdığı impiçment proseduruna müsbət rəy verib. Proses bundan sonra Gürcüstan parlamentində davam etdiriləcək vəs səsvermə keçiriləcək. Prezidentin impiçmenti üçün parlamentin 100 deputatının dəstəyinə ehtiyac var, lakin hakim partiya hazırda 84 deputata malikdir. Artıq əsas müxalifət partiyaları Prezidentin impiçmentini dəstəkləməyəcəklərini bəyan ediblər.
https://sputnik.az/20231016/zurabisvili-bizim-ucun-gurcustanin-formal-olaraq-prezidenti-kimi-qebul-edilir---kobaxidze-459655236.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42024/29/420242997_227:0:948:541_1920x0_80_0_0_7499fa13e7e9e1026d48c5e5329561b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
salome zurabişvili
Gürcüstan Prezidenti impiçment fonunda istefa verməyəcəyini açıqlayıb
Dövlət başçısı ölkə telekanalları ilə yayımlanan bəyanatında məhkəmənin gəldiyi nəticəni imzalayan hakimlərin utanmalı olduqlarını deyib.
BAKI, 16 oktyabr - Sputnik. Bu gün mənim qəlbim qırıldı, baxmayaraq ki, bu ölkədə artıq heç nə məni təəccübləndirmir.
APA xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zuraabişvili Konstitusiya Məhkəməsinin hakim “Gürcü Arzusu” partiyasının Prezidentin impiçmenti ilə bağlı təqdimatına müsbət rəy verməsinə münasibət bildirərkən deyib.
Dövlət başçısı ölkə telekanalları ilə yayımlanan bəyanatında məhkəmənin gəldiyi nəticəni imzalayan hakimlərin utanmalı olduqlarını deyib.
“Bu praktiki olaraq bütün müstəqil qurumların artıq təhrif edildiyi və ölkədə biri - Prezident istisna olmaqla müstəqil qurumun saxlanılmadığı indiki vaxtda bu qərar ölkəyə böyük zərərdir… Mən bizim avropalı və demokratik gələcəyimiz naminə heç bir yerə getmirəm, istefa verməyəcəm, olduğum yerdə qalacağam. Bu gün avropalı gələcəyimiz və demokratiya eyni daşla vuruldu. Hakimiyyət qolları arasında balans olmayan ölkələr demokratik hesab edilə bilməzlər”, - deyə Prezident bildirib.
Salome Zurabişvili impiçment səsverməsi zamanı parlamentə gedəcəyini qeyd edib.
Müxalifəti iclas zamanı parlamentin müzakirə zalında iştirak etməməyə çağıran Prezident sonadək mübarizə aparacağını vurğulayıb.
Xatırladaq ki, bu gün Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-sı Prezidentin hökumətdən icazəsiz Avropa ölkələrinə səfərlər edərək konstitusiyanı pozduğu qənaətinə gəlib və “Gürcü Arzusu”nun başlatdığı impiçment proseduruna müsbət rəy verib. Proses bundan sonra Gürcüstan parlamentində davam etdiriləcək vəs səsvermə keçiriləcək. Prezidentin impiçmenti üçün parlamentin 100 deputatının dəstəyinə ehtiyac var, lakin hakim partiya hazırda 84 deputata malikdir. Artıq əsas müxalifət partiyaları Prezidentin impiçmentini dəstəkləməyəcəklərini bəyan ediblər.