https://sputnik.az/20231016/zurabisvili-bizim-ucun-gurcustanin-formal-olaraq-prezidenti-kimi-qebul-edilir---kobaxidze-459655236.html
Zurabişvili bizim üçün Gürcüstanın formal olaraq prezidenti kimi qəbul edilir - Kobaxidze
Zurabişvili bizim üçün Gürcüstanın formal olaraq prezidenti kimi qəbul edilir - Kobaxidze
Sputnik Azərbaycan
Bu həftə parlament çoxluğu prezidentə qarşı impiçment proseduru ilə bağlı səsvermə yolu ilə Zurabişvilinin Gürcüstan prezidenti olmağa layiq olmadığını təsdiq... 16.10.2023, Sputnik Azərbaycan
2023-10-16T19:49+0400
2023-10-16T19:49+0400
2023-10-16T19:49+0400
salome zurabişvili
siyasət
impiçment
gürcüstan
gürcüstan parlamenti
konstitusiya
konstitusiya məhkəməsi
https://cdnn1.img.sputnik.az/img/07e5/03/05/426383393_0:0:3072:1728_1920x0_80_0_0_c23786725e52438c5d2c41f5e4c5098a.jpg
BAKI, 16 oktyabr — Sputnik. Hakim "Gürcü arzusu" partiyası Gürcüstan Konstitusiya Məhkəməsinin ölkə prezidenti Salome Zurabişvilinin Konstitusiyanı pozması ilə bağlı çıxardığı hökmü yeganə düzgün qərar adlandırır. Konstitusiya Məhkəməsi altı hakimin üçə qarşı səsi ilə prezident Zurabişvilinin hökumətlə razılaşdırılmayan xarici səfərlərlə bağlı ölkə Konstitusiyasını pozduğunu müəyyən edib. "Konstitusiya Məhkəməsi bu qərarı ilə sadə həqiqəti təsdiqlədi ki, Konstitusiyaya görə Gürcüstan parlamentli respublikadır və burada daxili və xarici siyasəti parlament və hökumət həyata keçirir. Salome Zurabişvili Konstitusiyaya verdiyi anda xəyanət edib". Bu barədə brifinqdə "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, bu həftə parlament çoxluğu prezidentə qarşı impiçment proseduru ilə bağlı səsvermə yolu ilə Zurabişvilinin Gürcüstan prezidenti olmağa layiq olmadığını təsdiq edəcək. Eyni zamanda o qeyd edib ki, parlament çoxluğu deputatların lazımi səsinə malik olmadığından prezidentə qarşı impiçment prosedurunun həyata keçirilməsi praktiki olaraq mümkün deyil. "Parlamentdə impiçment proseduru başa çatsa da, biz qarşıya qoyulan məqsədə artıq nail olmuşuq - Salome Zurabişvilinin Konstitusiyanı pozması cavabsız qalmadı. Bu gündən Salome Zurabişvili bizim üçün Gürcüstanın formal olaraq prezidenti kimi qəbul edilir", - Kobaxidze bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/05/426383393_156:0:2887:2048_1920x0_80_0_0_0bacf146247a89a899cac432dae2d304.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
salome zurabişvili, impiçment, gürcüstan, gürcüstan parlamenti, konstitusiya, konstitusiya məhkəməsi
salome zurabişvili, impiçment, gürcüstan, gürcüstan parlamenti, konstitusiya, konstitusiya məhkəməsi
Zurabişvili bizim üçün Gürcüstanın formal olaraq prezidenti kimi qəbul edilir - Kobaxidze
Bu həftə parlament çoxluğu prezidentə qarşı impiçment proseduru ilə bağlı səsvermə yolu ilə Zurabişvilinin Gürcüstan prezidenti olmağa layiq olmadığını təsdiq etməyə cəhd edəcək.
BAKI, 16 oktyabr — Sputnik. Hakim "Gürcü arzusu" partiyası Gürcüstan Konstitusiya Məhkəməsinin ölkə prezidenti Salome Zurabişvilinin Konstitusiyanı pozması ilə bağlı çıxardığı hökmü yeganə düzgün qərar adlandırır.
Konstitusiya Məhkəməsi altı hakimin üçə qarşı səsi ilə prezident Zurabişvilinin hökumətlə razılaşdırılmayan xarici səfərlərlə bağlı ölkə Konstitusiyasını pozduğunu müəyyən edib.
"Konstitusiya Məhkəməsi bu qərarı ilə sadə həqiqəti təsdiqlədi ki, Konstitusiyaya görə Gürcüstan parlamentli respublikadır və burada daxili və xarici siyasəti parlament və hökumət həyata keçirir. Salome Zurabişvili Konstitusiyaya verdiyi anda xəyanət edib". Bu barədə brifinqdə "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, bu həftə parlament çoxluğu prezidentə qarşı impiçment proseduru ilə bağlı səsvermə yolu ilə Zurabişvilinin Gürcüstan prezidenti olmağa layiq olmadığını təsdiq edəcək.
Eyni zamanda o qeyd edib ki, parlament çoxluğu deputatların lazımi səsinə malik olmadığından prezidentə qarşı impiçment prosedurunun həyata keçirilməsi praktiki olaraq mümkün deyil.
"Parlamentdə impiçment proseduru başa çatsa da, biz qarşıya qoyulan məqsədə artıq nail olmuşuq - Salome Zurabişvilinin Konstitusiyanı pozması cavabsız qalmadı. Bu gündən Salome Zurabişvili bizim üçün Gürcüstanın formal olaraq prezidenti kimi qəbul edilir", - Kobaxidze bildirib.