Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan xizək alpinizmi üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək

© Sputnik / Murad OrujovŞahdağda xizək sürən insanlar
Şahdağda xizək sürən insanlar - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Səsvermə nəticəsində hər iki tədbirin 2024-cü ildə Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib və yarış ISMF-nin təqvim planına əlavə olunub
BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Plenar Assambleyasına və xizək alpinizmi üzrə beynəlxalq yarışına evsahibliyi edəcək.
Azərbaycan Qış İdmanı Növləri Federasiyasının yaydığı məlumata görə, bununla bağlı qərar oktyabrın 14-də baş tutan Beynəlxalq Xizək Alpnizmi Federasiyasının Plenar Assambleyasında qəbul edilib.
Toplantıda təqdimatla çıxış edən Azərbaycan Qış İdmanı Növləri Federasiyanın baş katibi Günel Bədəlova gələn il Plenar Assambleyanın və xizək alpinizmi üzrə ISMF beynəlxalq seriya yarışının Azərbaycanda keçirilməsi ilə bağlı təkliflə çıxış edib.
Səsvermə nəticəsində hər iki tədbirin 2024-cü ildə Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib və yarış ISMF-nin təqvim planına əlavə olunub.
Xəbər lenti
0