Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan hakimləri UEFA-dan təyinat alıblar

© AFP 2023 / FRED TANNEAUFutbol hakimi, arxiv şəkli
Futbol hakimi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino yığmalarının mübarizə aparacağı qrupun oyunları oktyabrın 25-31-i aralığında İtaliyada keçiriləcək
BAKI, 16 oktyabr — Sputnik. Azərbaycanın FIFA referisi Elçin Məsiyev və FIFA referisi köməkçisi Vüsal Məmmədov UEFA-dan təyinat alıblar.
AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, onlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupundakı matçlarda iş başında olacaqlar.
İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino yığmalarının mübarizə aparacağı qrupun oyunları oktyabrın 25-31-i aralığında İtaliyada keçiriləcək.
Xəbər lenti
0