https://sputnik.az/20231015/sanli-zefer-tariximiz-veten-muharibesinin-19-cu-gunu-434236244.html
Şanlı Zəfər tariximiz: Vətən müharibəsinin 19-cu günü
Şanlı Zəfər tariximiz: Vətən müharibəsinin 19-cu günü
Sputnik Azərbaycan
Sputnik Azərbaycan şərəf tariximiz olan İkinci Qarabağ müharibəsinin ən yaddaqalan məqamlarını oxuculara çatdırmaqda davam edir. 15.10.2023, Sputnik Azərbaycan
2023-10-15T08:49+0400
2023-10-15T08:49+0400
2023-10-14T23:28+0400
qarabağ
tarixdə bu gün
cəbrayıl
xocavənd
payızın 44 anı
vətən müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1c/426345366_0:117:1000:680_1920x0_80_0_0_0584ef97df4dcf4f1a3db793407d992f.jpg
BAKI, 15 oktyabr — Sputnik. Üç il əvvəl bu gün rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 1 ədəd "Tor-M2KM" zenit raket kompleksini, 4 ədəd BM-21 "Qrad" YARS qurğusunu, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd "D-1" haubitsa topunu, bir neçə PUA-sını və avtomobil texnikasını məhv edib. Ermənistan silahlı qüvvəLərinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Vətən müharibəsiSentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.Eləcə də oxuyun: * Müdafiə Nazirliyi: Qarşı tərəfdən ölən və yaralananlar var* Füzuli istiqamətində qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib* Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb* Azərbaycan MN: "Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına atəş açılıb"
https://sputnik.az/20211002/lham-liyev-qaraban-statusu-bard-hr-ks-bu-mslni-unutmaldr-433816626.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1c/426345366_0:2:1000:752_1920x0_80_0_0_fa66596c768afd732ef39c23f80814cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tarixdə bu gün , cəbrayıl, xocavənd, payızın 44 anı, vətən müharibəsi
tarixdə bu gün , cəbrayıl, xocavənd, payızın 44 anı, vətən müharibəsi
Şanlı Zəfər tariximiz: Vətən müharibəsinin 19-cu günü
Sputnik Azərbaycan şərəf tariximiz olan İkinci Qarabağ müharibəsinin ən yaddaqalan məqamlarını oxuculara çatdırmaqda davam edir.
BAKI, 15 oktyabr — Sputnik. Üç il əvvəl bu gün rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.
Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 1 ədəd "Tor-M2KM" zenit raket kompleksini, 4 ədəd BM-21 "Qrad" YARS qurğusunu, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd "D-1" haubitsa topunu, bir neçə PUA-sını və avtomobil texnikasını məhv edib. Ermənistan silahlı qüvvəLərinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.