Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Daha bir şahmatçımız dünya birincisi oldu

© Sputnik / Murad OrujovŞahmat, arxiv
Şahmat, arxiv - Sputnik Azərbaycan, 1920, 15.10.2023
Abunə olmaq
İki gün əvvəl rapid üzrə dünya çempionatında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva birinci yerə layiq görülərək dünya çempionu olub.
BAKI, 15 oktyabr - Sputnik. Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan idmançılar arasında blits üzrə dünya çempionu olub.
Azərtac-ın xəbərinə görə, o, 11 oyundan 9,5 xal toplayaraq qızıl medal qazanıb.
Xanım şahmatçıların yarışında Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva blits üzrə turnirdə bürünc medalın sahibi olub.
Qeyd edək ki, iki gün əvvəl rapid üzrə dünya çempionatında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva birinci yerə layiq görülərək dünya çempionu olub. Beləliklə, Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə üç medal əldə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0