https://sputnik.az/20231014/bas-nazir-azerbaycanin-mudafie-qabiliyyetinin-mohkemlendirilmesi-ucun-gorulen-isler-barede-459609611.html
Baş nazir Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün görülən işlər barədə
Baş nazir Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün görülən işlər barədə
Sputnik Azərbaycan
Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr edilmiş "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilib. 14.10.2023, Sputnik Azərbaycan
2023-10-14T21:00+0400
2023-10-14T21:00+0400
2023-10-14T21:08+0400
hərbi
əli əsədov
müdafiə
konfrans
prezident ilham əliyev
bmt təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1a/457149141_0:0:1000:563_1920x0_80_0_0_45642014a81348867b30ff147f0a64f6.jpg
BAKI, 14 oktyabr - Sputnik. “Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna, silahlı qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər həyata keçirilib”.Bunu Baş nazir Əli Əsədov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.Onun sözlərinə görə, İlham Əliyev prezidentlik dövrünün 17 ilini torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəldib, ordumuzu Qələbəyə hazırlayıb, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırıb: “Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzu sayəsində 2011-ci ilin oktyabrında Azərbaycan gərgin mübarizə şəraitində keçən səsvermədə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü seçilib”.Baş nazir qeyd edib ki, məhz İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan artıq 2019-cu ildə bu təşkilatın sədri seçilib və uğurlu sədrliyinə görə sədrlik səlahiyyəti daha 1 il artırılıb.
https://sputnik.az/20231014/pa-rehberi-son-20-ilde-azerbaycanda-herbi-xercler-15-defeden-cox-artib-459607639.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1a/457149141_125:0:876:563_1920x0_80_0_0_c7db18784849f095013e6718dc8818f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əli əsədov, müdafiə, konfrans, prezident ilham əliyev, bmt təhlükəsizlik şurası
əli əsədov, müdafiə, konfrans, prezident ilham əliyev, bmt təhlükəsizlik şurası
Baş nazir Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün görülən işlər barədə
21:00 14.10.2023 (Yenilənib: 21:08 14.10.2023) Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr edilmiş "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilib.
BAKI, 14 oktyabr - Sputnik. “Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna, silahlı qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər həyata keçirilib”.
Bunu Baş nazir Əli Əsədov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İlham Əliyev prezidentlik dövrünün 17 ilini torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəldib, ordumuzu Qələbəyə hazırlayıb, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırıb: “Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzu sayəsində 2011-ci ilin oktyabrında Azərbaycan gərgin mübarizə şəraitində keçən səsvermədə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü seçilib”.
Baş nazir qeyd edib ki, məhz İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan artıq 2019-cu ildə bu təşkilatın sədri seçilib və uğurlu sədrliyinə görə sədrlik səlahiyyəti daha 1 il artırılıb.