https://sputnik.az/20231014/pa-rehberi-son-20-ilde-azerbaycanda-herbi-xercler-15-defeden-cox-artib-459607639.html
PA rəhbəri: “Son 20 ildə Azərbaycanda hərbi xərclər 15 dəfədən çox artıb”
PA rəhbəri: “Son 20 ildə Azərbaycanda hərbi xərclər 15 dəfədən çox artıb”
Sputnik Azərbaycan
Nuriyev Prezident İlham Əliyevin 5 il əvvəlki çıxışını xatırladıb 14.10.2023, Sputnik Azərbaycan
2023-10-14T16:53+0400
2023-10-14T16:53+0400
2023-10-14T17:05+0400
hərbi
samir nuriyev
hərbi xərclər
hərbi xərc
prezident administrasiyası
konfrans
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/42219/92/422199244_0:78:1500:922_1920x0_80_0_0_cbb1172ccc920bd8d6980e8885b6d762.jpg
BAKI, 14 oktyabr - Sputnik. “Son 20 ildə Azərbaycanda hərbi xərclər 15 dəfədən çox artıb”.“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.O, Prezident İlham Əliyevin 5 il əvvəlki çıxışını xatırladıb: “2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, “ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”.2003-cü ildən sonrakı dövrdə hərbi xərclərin 15 dəfədən çox artırılması, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş ordunun ən müasir silahlarla, texnika ilə təchizatına kimi məsələlərin effektiv həlli, o cümlədən müdafiə sənayesinin formalaşdırılması, 20-dən çox hərbi zavodun yaradılması və 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalı, hərbi-texniki sahədə dost ölkələrlə çox səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi, ən əsası isə ordunun döyüş qabiliyyətinin, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan məqsədyönlü addımlar son nəticədə Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olmasını şərtləndirdi”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42219/92/422199244_84:0:1417:1000_1920x0_80_0_0_b89bf64c250dae4b21a4c8894ca862b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
samir nuriyev, hərbi xərclər, hərbi xərc, prezident administrasiyası, konfrans, prezident ilham əliyev
samir nuriyev, hərbi xərclər, hərbi xərc, prezident administrasiyası, konfrans, prezident ilham əliyev
PA rəhbəri: “Son 20 ildə Azərbaycanda hərbi xərclər 15 dəfədən çox artıb”
16:53 14.10.2023 (Yenilənib: 17:05 14.10.2023) Nuriyev Prezident İlham Əliyevin 5 il əvvəlki çıxışını xatırladıb
BAKI, 14 oktyabr - Sputnik. “Son 20 ildə Azərbaycanda hərbi xərclər 15 dəfədən çox artıb”.
“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O, Prezident İlham Əliyevin 5 il əvvəlki çıxışını xatırladıb: “2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, “ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”.
2003-cü ildən sonrakı dövrdə hərbi xərclərin 15 dəfədən çox artırılması, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş ordunun ən müasir silahlarla, texnika ilə təchizatına kimi məsələlərin effektiv həlli, o cümlədən müdafiə sənayesinin formalaşdırılması, 20-dən çox hərbi zavodun yaradılması və 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalı, hərbi-texniki sahədə dost ölkələrlə çox səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi, ən əsası isə ordunun döyüş qabiliyyətinin, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan məqsədyönlü addımlar son nəticədə Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olmasını şərtləndirdi”.