Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan - Lüksemburq matçının hakimləri açıqlanıb

© Sputnik / Murad OrujovОтборочный матч чемпионата мира-2022 между футбольными сборными Азербайджана и Люксембурга
Отборочный матч чемпионата мира-2022 между футбольными сборными Азербайджана и Люксембурга - Sputnik Azərbaycan, 1920, 14.10.2023
Abunə olmaq
Oktyabrın 17-də “Azersun Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
BAKI, 14 oktyabr - Sputnik. AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan və Lüksemburq yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.
Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Dumitri Muntean olacaq. Ona həmyerliləri Denis Oala və Sergiu Boqdan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İqor Boska yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 17-də “Azersun Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Xəbər lenti
0