Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII turun növbəti matçları keçiriləcək

© AFP 2024 / JACK GUEZBelçika yığması
Belçika yığması - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Azərbaycan millisinin yer aldığı F qrupunda da iki görüş olacaq. Canni De Byazinin başçılıq etdiyi komanda səfərdə Estoniya ilə, Belçika isə Avstriya ilə üz-üzə gələcək.
BAKI, 13 oktyabr — Sputnik. Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII turun növbəti matçları keçiriləcək. AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə yeddi qarşılaşma oynanılacaq.
A qrupunda İrlandiya millisi Yunanıstanı, Niderland yığması Fransanı qəbul edəcək. Fransalılar çətin səfər matçında qələbə qazansalar, final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edəcəklər.
Azərbaycan millisinin yer aldığı F qrupunda da iki görüş olacaq. Canni De Byazinin başçılıq etdiyi komanda səfərdə Estoniya ilə, Belçika isə Avstriya ilə üz-üzə gələcək. Vyanadakı matçda qalib gələn kollektiv Avropa çempionatında iştirak hüququ qazanacaq.
J qrupunda isə üç qarşılaşma keçiriləcək. Qrup lideri Portuqaliya evdə Slovakiyanı məğlub etsə, digər oyunların nəticələrindən asılı olmayaraq, final mərhələsində öz yerini təmin edəcək. Lakin Pireney təmsilçisi xal itirsə, İslandiya – Lüksemburq matçında qonaqların uduzmasını gözləməli olacaq. Qrupun digər oyununda isə Bosniya və Herseqovina səfərdə Lixtenşteynin qonağı olacaq.
AVRO-2024, seçmə mərhələ
VII tur
13 oktyabr
B qrupu
22:45. İrlandiya – Yunanıstan
22:45. Niderland – Fransa
Xal durumu: Fransa – 15 xal (5 oyun), Niderland – 9 (4), Yunanıstan – 9 (5), İrlandiya – 3 (5), Cəbəllütariq – 0 (5)
F qrupu
20:00. Estoniya – Azərbaycan
22:45. Avstriya – Belçika
Xal durumu: Belçika – 13 (5), Avstriya – 13 (5), İsveç – 6 (5), Azərbaycan – 1 (4), Estoniya – 1 (5)
J qrupu
22:45. İslandiya – Lüksemburq
22:45. Portuqaliya – Slovakiya
22:45. Lixtenşteyn - Bosniya və Herseqovina
Xallar: Portuqaliya – 18 (6), Slovakiya – 13 (6), Lüksemburq – 10 (6), Bosniya və Herseqovina – 6 (6), İslandiya – 6 (6), Lixtenşteyn – 0 (6)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0