https://sputnik.az/20231013/azerbaycanin-gules-yigmalari-dunya-cempionatina-hazirligin-son-merhelesini-kecirler-459570754.html
Azərbaycanın güləş yığmaları dünya çempionatına hazırlığın son mərhələsini keçirlər
Azərbaycanın güləş yığmaları dünya çempionatına hazırlığın son mərhələsini keçirlər
Sputnik Azərbaycan
Sərbəst güləş üzrə yığma oktyabrın 4-dən Rusiyada hazırlıq prosesinə başlayıb. Vladiqafqazda reallaşan toplanış ayın 18-dək davam edəcək. 13.10.2023, Sputnik Azərbaycan
2023-10-13T13:39+0400
2023-10-13T13:39+0400
2023-10-13T13:39+0400
güləş
idman
azərbaycan
albaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440100715_0:212:2048:1365_1920x0_80_0_0_233e34b25d08d3cfd86b83a7d192cdba.jpg
BAKI, 13 oktyabr — Sputnik. Güləş üzrə Azərbaycan yığmaları Albaniyanın paytaxtı Tiranada keçiriləcək U-23 dünya çempionatına hazırlığın son mərhələsindədir. Federasiyadan verilən məlumata görə, milli komandalar son təlim-məşq toplanışını keçirlər. Sərbəst güləş üzrə yığma oktyabrın 4-dən Rusiyada hazırlıq prosesinə başlayıb. Vladiqafqazda reallaşan toplanış ayın 18-dək davam edəcək. Yunan-Roma və qadınlardan ibarət milli komandalar isə dünya çempionatına Bakıda hazırlaşırlar. Məşqlər Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilir. Qeyd edək ki, 23-29 oktyabr tarixlərində "Feti Borova" idman kompleksində təşkil ediləcək mundialın ilk günlərində sərbəst (23-25 oktyabr), daha sonra qadın (25-27 oktyabr), ən sonda isə yunan-Roma güləşi (27-29 oktyabr) üzrə mübarizə baş tutacaq. Dünya çempionatında I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440100715_106:0:1926:1365_1920x0_80_0_0_2e796524b5066279d184d97a28a1777d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
güləş, azərbaycan, albaniya
güləş, azərbaycan, albaniya
Azərbaycanın güləş yığmaları dünya çempionatına hazırlığın son mərhələsini keçirlər
Sərbəst güləş üzrə yığma oktyabrın 4-dən Rusiyada hazırlıq prosesinə başlayıb. Vladiqafqazda reallaşan toplanış ayın 18-dək davam edəcək.
BAKI, 13 oktyabr — Sputnik. Güləş üzrə Azərbaycan yığmaları Albaniyanın paytaxtı Tiranada keçiriləcək U-23 dünya çempionatına hazırlığın son mərhələsindədir.
Federasiyadan verilən məlumata görə, milli komandalar son təlim-məşq toplanışını keçirlər.
Sərbəst güləş üzrə yığma oktyabrın 4-dən Rusiyada hazırlıq prosesinə başlayıb. Vladiqafqazda reallaşan toplanış ayın 18-dək davam edəcək.
Yunan-Roma və qadınlardan ibarət milli komandalar isə dünya çempionatına Bakıda hazırlaşırlar. Məşqlər Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilir.
Qeyd edək ki, 23-29 oktyabr tarixlərində "Feti Borova" idman kompleksində təşkil ediləcək mundialın ilk günlərində sərbəst (23-25 oktyabr), daha sonra qadın (25-27 oktyabr), ən sonda isə yunan-Roma güləşi (27-29 oktyabr) üzrə mübarizə baş tutacaq. Dünya çempionatında I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.