https://sputnik.az/20231013/2028-ci-il-yay-olimpiya-oyunlarina-bes-yeni-idman-novu-daxil-edile-biler-459588930.html
2028-ci il Yay Olimpiya Oyunlarına beş yeni idman növü daxil edilə bilər
2028-ci il Yay Olimpiya Oyunlarına beş yeni idman növü daxil edilə bilər
Sputnik Azərbaycan
BOK prezidenti vurğulayıb ki, kriket idman növünün dünyada, o cümlədən ABŞ-da populyarlığının artması səbəbindən Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına... 13.10.2023, Sputnik Azərbaycan
2023-10-13T18:19+0400
2023-10-13T18:19+0400
2023-10-13T18:19+0400
yay olimpiya oyunları
idman
los-anceles
bok
mumbay
tokio
https://cdnn1.img.sputnik.az/img/07e5/02/09/426183811_0:0:2000:1125_1920x0_80_0_0_039ab05de63c26d93e828f10e455170d.jpg
BAKI, 13 oktyabr — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin proqrama beş yeni idman növünün daxil edilməsi təklifini qəbul edib. Bunu BOK prezidenti Tomas Bax BOK-un İcraiyyə Komitəsinin Mumbayda keçirilən iclasının yekunkarına əsasən bildirib. Bu yaxınlarda 2028-ci il Yay Olimpiya Oyunlarının təşkilat komitəsi bayraq futbolu (ABŞ futbolunun məhdud təmaslı versiyası), skvoş, lakross, beysbol/softbol və kriket idman növünün Olimpiya proqramına daxil edilməsini təklif edib. "Təşkilat komitəsinin (2028-ci il Olimpiya Oyunları) beş idman növü - beysbol/softbol, bayraq futbolu, lakross, skvoş və kriket üzrə təklifi qəbul edilib", - deyə Bax vurğulayıb. "Bizə 16 yeni idman növünün daxil edilməsi ilə bağlı müraciətlər daxil olub. Bunlar üç meyar üzrə qiymətləndirilib - yeni obyektlər, kvotaların genişləndirilməsi və ya mövcud idman növlərinin dəyişdirilməsi tələb olunurmu. Yalnız bir idman növü qəbul edilib, bu da avarçəkmədə çimərlik sprintidir", - deyə BOK prezidenti əlavə edib. BOK prezidenti vurğulayıb ki, kriket idman növünün dünyada, o cümlədən ABŞ-da populyarlığının artması səbəbindən Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına daxil ediləcək. "Biz onları məcbur razı salmağa çalışmadıq, bu fikir keçən il Yucində keçirilən Dünya Atletika Çempionatı zamanı nahar yeməyində yarandı. Onlar bu idman növündə böyük potensial görürlər. Bizim üçün bu, Olimpiya ictimaiyyətini genişləndirmək perspektividir. Biz kriketin təkcə Hindistanda deyil, bütün dünyada artan populyarlığının şahidiyik. Dünya Kuboku böyük uğurla keçirilir, bu idman növünün ulduzlarını 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında gözləyirik. Dallasda bu il çox uğurlu bir kriket turniri keçirilib, üstəlik ABŞ-da Hindistan ictimaiyyəti artır", - deyə Bax qeyd edib. Lakross, beysbol/softbol və kriket artıq Olimpiya Oyunları proqramında olub. Beysbol/softbol 1992-ci ildən 2008-ci ilə qədər Olimpiyada, eləcə də Tokioda keçirilən son Oyunlarda, kriket 1900-cü ildə, lakross isə 1904 və 1908-ci illərdə təqdim edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/09/426183811_138:0:1915:1333_1920x0_80_0_0_4a67b8f9470e47ba173c992605c24747.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yay olimpiya oyunları, los-anceles, bok, mumbay, tokio
yay olimpiya oyunları, los-anceles, bok, mumbay, tokio
2028-ci il Yay Olimpiya Oyunlarına beş yeni idman növü daxil edilə bilər
BOK prezidenti vurğulayıb ki, kriket idman növünün dünyada, o cümlədən ABŞ-da populyarlığının artması səbəbindən Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına daxil ediləcək.
BAKI, 13 oktyabr — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin proqrama beş yeni idman növünün daxil edilməsi təklifini qəbul edib.
Bunu BOK prezidenti Tomas Bax BOK-un İcraiyyə Komitəsinin Mumbayda keçirilən iclasının yekunkarına əsasən bildirib.
Bu yaxınlarda 2028-ci il Yay Olimpiya Oyunlarının təşkilat komitəsi bayraq futbolu (ABŞ futbolunun məhdud təmaslı versiyası), skvoş, lakross, beysbol/softbol və kriket idman növünün Olimpiya proqramına daxil edilməsini təklif edib.
"Təşkilat komitəsinin (2028-ci il Olimpiya Oyunları) beş idman növü - beysbol/softbol, bayraq futbolu, lakross, skvoş və kriket üzrə təklifi qəbul edilib", - deyə Bax vurğulayıb.
"Bizə 16 yeni idman növünün daxil edilməsi ilə bağlı müraciətlər daxil olub. Bunlar üç meyar üzrə qiymətləndirilib - yeni obyektlər, kvotaların genişləndirilməsi və ya mövcud idman növlərinin dəyişdirilməsi tələb olunurmu. Yalnız bir idman növü qəbul edilib, bu da avarçəkmədə çimərlik sprintidir", - deyə BOK prezidenti əlavə edib.
BOK prezidenti vurğulayıb ki, kriket idman növünün dünyada, o cümlədən ABŞ-da populyarlığının artması səbəbindən Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına daxil ediləcək.
"Biz onları məcbur razı salmağa çalışmadıq, bu fikir keçən il Yucində keçirilən Dünya Atletika Çempionatı zamanı nahar yeməyində yarandı. Onlar bu idman növündə böyük potensial görürlər. Bizim üçün bu, Olimpiya ictimaiyyətini genişləndirmək perspektividir. Biz kriketin təkcə Hindistanda deyil, bütün dünyada artan populyarlığının şahidiyik. Dünya Kuboku böyük uğurla keçirilir, bu idman növünün ulduzlarını 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında gözləyirik. Dallasda bu il çox uğurlu bir kriket turniri keçirilib, üstəlik ABŞ-da Hindistan ictimaiyyəti artır", - deyə Bax qeyd edib.
Lakross, beysbol/softbol və kriket artıq Olimpiya Oyunları proqramında olub. Beysbol/softbol 1992-ci ildən 2008-ci ilə qədər Olimpiyada, eləcə də Tokioda keçirilən son Oyunlarda, kriket 1900-cü ildə, lakross isə 1904 və 1908-ci illərdə təqdim edilib.