Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan boksçuları yarımfinala yüksəliblər

© Maddie Meyer/Getty Images/AFP boks
 boks - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Abunə olmaq
Azərbaycan boksçuları Malik Həsənov (63,5 kq) və Mirşərif Kazımzadə (75 kq) Avropa Kubokunda yarımfinala yüksəliblər.
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda medalı təmin edib.
Malik Həsənov (63,5 kq) və Mirşərif Kazımzadə (75 kq) yarımfinala yüksəlməklə buna nail olublar.
M.Həsənov 1/4 finalda fransalı Lunes Hamrauini mübarizədən kənarlaşdırıb. O, yarışda üçüncü döyüşünü israilli Ahmat Ştiviyə qarşı keçirəcək.
M.Kazımzadə isə yarımfinal yolunda Qabriel Debaniçə (Xorvatiya) 5:0 hesabı ilə qalib gəlib. İdmançımızın növbəti rəqibi rusiyalı Cambulat Bijamov olacaq.
Hər iki boksçu yarımfinal görüşünə oktyabrın 13-də çıxacaq.
Qeyd edək ki, Avropa Kubokunun beşinci günündə millimizin 3 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67 kq) Canluici Malanqa (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) isə Miroslav Kapulerlə (İsrail) üz-üzə gələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0