https://sputnik.az/20231012/affa-neftci--qarabag-oyunu-ile-bagli-cezalari-aciqlayib-459544364.html
AFFA "Neftçi" – "Qarabağ" oyunu ilə bağlı cəzaları açıqlayıb
AFFA "Neftçi" – "Qarabağ" oyunu ilə bağlı cəzaları açıqlayıb
Sputnik Azərbaycan
Qarşılaşmada fotoqrafların mövqelərini dəyişərək icazə verilməyən yerlərdən çəkiliş aparmaları "Neftçi"yə 500 manata başa gəlib. 12.10.2023, Sputnik Azərbaycan
2023-10-12T21:05+0400
2023-10-12T21:05+0400
2023-10-12T21:15+0400
neftçi
idman
qarabağ
oyun
cərimə
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426232300_0:59:1920:1139_1920x0_80_0_0_462dd39574b176332bd6a2743d752700.jpg
BAKI, 12 oktyabr — Sputnik. AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi" – "Qarabağ" oyunu ilə bağlı cəzaları açıqlayıb. Birincilərin iki köməkçi məşqçisi Sənan Qurbanov və Miodraq Todorov diskvalifikasiya olunublar. Hakimin qərarına etiraz etdikləri üçün qırmızı vərəqə alan mütəxəssislər 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıblar. Hər iki məşqçiyə 3 aylıq sınaq müddəti təyin edilib. "Neftçi" isə buna görə, 3000 manat cərimələnib. Qarşılaşmada fotoqrafların mövqelərini dəyişərək icazə verilməyən yerlərdən çəkiliş aparmaları "Neftçi"yə 500 manata başa gəlib. Həmçinin, matçdan sonra meydançaya kənar şəxslər daxil olduğundan, "ağ-qaralar" daha 800 manat cərimə ödəyəcəklər. Bundan başqa, oyunda miks zona düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna və futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə, "Neftçi"yə xəbərdarlıq edilib. "Qarabağ" da cəriməsiz qalmayıb. Toral Bayramovun formasının rəqəmləri fərqli olduğundan, ağdamlılar 1000 manat cərimələniblər. 78-ci dəqiqədə isə "Qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirilib. Bu hal mövsümdə ikinci dəfə yaşandığından, qonaqlar 500 manat cərimə olunublar. Qeyd edək ki, "Neftçi" – "Qarabağ" oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426232300_151:0:1858:1280_1920x0_80_0_0_5055a3e8eb155167a20b395303d80243.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neftçi, qarabağ, oyun, cərimə
neftçi, qarabağ, oyun, cərimə
AFFA "Neftçi" – "Qarabağ" oyunu ilə bağlı cəzaları açıqlayıb
21:05 12.10.2023 (Yenilənib: 21:15 12.10.2023) Qarşılaşmada fotoqrafların mövqelərini dəyişərək icazə verilməyən yerlərdən çəkiliş aparmaları "Neftçi"yə 500 manata başa gəlib.
BAKI, 12 oktyabr — Sputnik. AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi" – "Qarabağ" oyunu ilə bağlı cəzaları açıqlayıb.
Birincilərin iki köməkçi məşqçisi Sənan Qurbanov və Miodraq Todorov diskvalifikasiya olunublar.
Hakimin qərarına etiraz etdikləri üçün qırmızı vərəqə alan mütəxəssislər 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıblar. Hər iki məşqçiyə 3 aylıq sınaq müddəti təyin edilib. "Neftçi" isə buna görə, 3000 manat cərimələnib.
Qarşılaşmada fotoqrafların mövqelərini dəyişərək icazə verilməyən yerlərdən çəkiliş aparmaları "Neftçi"yə 500 manata başa gəlib. Həmçinin, matçdan sonra meydançaya kənar şəxslər daxil olduğundan, "ağ-qaralar" daha 800 manat cərimə ödəyəcəklər. Bundan başqa, oyunda miks zona düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna və futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə, "Neftçi"yə xəbərdarlıq edilib.
"Qarabağ" da cəriməsiz qalmayıb. Toral Bayramovun formasının rəqəmləri fərqli olduğundan, ağdamlılar 1000 manat cərimələniblər. 78-ci dəqiqədə isə "Qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirilib. Bu hal mövsümdə ikinci dəfə yaşandığından, qonaqlar 500 manat cərimə olunublar.
Qeyd edək ki, "Neftçi" – "Qarabağ" oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.