DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kreml Zelenskinin Rusiyanın İsraildəki münaqişədə iştirakı barədə dediklərini təkzib edib

© Clodagh Kilcoyne/Pool via APUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Peskov bildirib ki, bu, uzun müddətdir davam edən Fələstin-İsrail münaqişəsidir. Onun dərin kökləri və çoxları arxa planı bilmir.
BAKI, 10 oktyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Federasiyasına qarşı, Moskvanın guya Yaxın Şərqdə müharibəyə başlaması ilə bağlı ittihamlarının heç bir əsası yoxdur.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
"Biz tamamilə fərqli proseslər görürük. Bu, uzun müddətdir davam edən Fələstin-İsrail münaqişəsidir. Onun dərin kökləri var, o qədər dərindir ki, hər kəs nüansları bilmir. Çoxlu ziddiyyətlər mövcuddur, çoxları arxa planda nə baş verdiyini bilmir" - deyə Rusiya liderinin mətbuat katibi bildirib.
Bundan əvvəl Zelenski kəşfiyyat məlumatlarına istinad edərək demişdi ki, "Rusiya Yaxın Şərqdə müharibəyə başlamaq istəyir". Onun fikrincə, bu, dünya birliyində parçalanma yaratmaq üçün lazımdır. Lakin Ukrayna prezidenti konkret heç bir məlumat verməyib.
Xatırladaq ki, HƏMAS hərəkatı oktyabrın 7-də İsrailin cənubunda məskunlaşan ərazilərə hücum edib. Fələstinlilər Qəzza zolağından sərhədyanı ərazilərə daxil olublar. Daha sonra hər iki tərəf düşmənə qarşı hərbi əməliyyatlar elan edib.
Son məlumatlara görə, Fələstin-İsrail münaqişəsinin qızışması səbəbindən iki Rusiya vətəndaşı həlak olub.
İsrail ordusu - Sputnik Azərbaycan, 1920, 10.10.2023
DÜNYA XƏBƏRLƏRİ
İsrail Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hücuma başlayıb
Xəbər lenti
0