https://sputnik.az/20231010/srail-ordusu-felestinin-nablus-seherine-daxil-olub-doyusler-davam-edir-459454474.html
İsrail Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hücuma başlayıb
İsrail Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hücuma başlayıb
Sputnik Azərbaycan
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın terror hədəflərinə böyük intensivliklə hücumu davam etdirir. 10.10.2023, Sputnik Azərbaycan
2023-10-10T14:25+0400
2023-10-10T14:25+0400
2023-10-10T16:09+0400
qüds
dünya xəbərləri
həmas
fələstin
israil
iordan çayı
qəzza
qəzza zolağı
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/08/459378682_0:160:3072:1888_1920x0_80_0_0_83022e774db44e28e5a766a27a7704fc.jpg
BAKI, 10 oktyabr — Sputnik. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə qarşı genişmiqyaslı hücuma başladığını bəyan edib.Bu barədə İsrail Müdafiə Qüvvələrinin "X" hesabında məlumat verilib."İndi İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatının terror hədəflərinə qarşı genişmiqyaslı hücuma başlayır. İsrail ordusu Qəzza zolağında HƏMAS-ın terror hədəflərinə böyük intensivliklə hücumu davam etdirir. İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağı boyunca HƏMAS terror təşkilatının bir sıra terrorçu hədəflərinə hücum edib. Təyyarələr hərbi birləşmə ilə yanaşı, silah anbarına zərbələr endiriblər." - məlumatda qeyd olunub.O da bildirilib ki, İsrail ordusu HƏMAS-ın İsrail dövlətinə qarşı terroru istiqamətləndirmək üçün istifadə etdiyi Qərbi Cəbəliyyədəki döyüş idarəetmə mərkəzinə də hücum edilib. 13:06İsrail ordusu Fələstinin İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə daxil olub. Bu barədə Rusiya mediası Fələstinin "Quds" portalına istinadən xəbər verib. "Şəhərdə silahlı toqquşmalar gedir" - məlumatda deyilir. Nablus şəhəri Qəzza zolağından yüz kilometr məsafədə yerləşir və hazırda döyüşlərin miqyası məlum deyil. Bu yaxınlarda "Human Rights Watch" təşkilatı Qəzza zolağının İsrailin dinc əhalisinə qarşı hərəkətlərini hərbi cinayət adlandırıb. Təşkilat endirilən zərbələr nəticəsində onlarla dinc vətəndaşın həlak olduğunu qeyd edib. Bu yaxınlarda Fələstinin HƏMAS qruplaşmasının hücumu nəticəsində 800 israillinin həlak olduğu məlum olub. Daha iki mindən çox insan yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır. Xatırladaq ki, Fələstinin HƏMAS-ın hücumunun hərbi qanadı şənbə günü İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatının həyata keçiriləcəyini elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini qeyd edib. İsrail hərbçiləri yaşayış məntəqələrini təmizləyirlər.
iordan çayı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/08/459378682_171:0:2902:2048_1920x0_80_0_0_e1ed7277af8ab590c07e79e3f9c9865e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qüds, həmas, fələstin, israil, iordan çayı, qəzza, qəzza zolağı
qüds, həmas, fələstin, israil, iordan çayı, qəzza, qəzza zolağı
İsrail Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hücuma başlayıb
14:25 10.10.2023 (Yenilənib: 16:09 10.10.2023) İsrail ordusu Qəzza zolağında HƏMAS-ın terror hədəflərinə böyük intensivliklə hücumu davam etdirir.
BAKI, 10 oktyabr — Sputnik. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə qarşı genişmiqyaslı hücuma başladığını bəyan edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin "X" hesabında məlumat verilib.
"İndi İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatının terror hədəflərinə qarşı genişmiqyaslı hücuma başlayır. İsrail ordusu Qəzza zolağında HƏMAS-ın terror hədəflərinə böyük intensivliklə hücumu davam etdirir. İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağı boyunca HƏMAS terror təşkilatının bir sıra terrorçu hədəflərinə hücum edib. Təyyarələr hərbi birləşmə ilə yanaşı, silah anbarına zərbələr endiriblər." - məlumatda qeyd olunub.
O da bildirilib ki, İsrail ordusu HƏMAS-ın İsrail dövlətinə qarşı terroru istiqamətləndirmək üçün istifadə etdiyi Qərbi Cəbəliyyədəki döyüş idarəetmə mərkəzinə də hücum edilib.
İsrail ordusu Fələstinin İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə daxil olub.
Bu barədə Rusiya mediası Fələstinin "Quds" portalına istinadən xəbər verib.
"Şəhərdə silahlı toqquşmalar gedir" - məlumatda deyilir.
Nablus şəhəri Qəzza zolağından yüz kilometr məsafədə yerləşir və hazırda döyüşlərin miqyası məlum deyil.
Bu yaxınlarda "Human Rights Watch" təşkilatı Qəzza zolağının İsrailin dinc əhalisinə qarşı hərəkətlərini hərbi cinayət adlandırıb. Təşkilat endirilən zərbələr nəticəsində onlarla dinc vətəndaşın həlak olduğunu qeyd edib.
Bu yaxınlarda Fələstinin HƏMAS qruplaşmasının hücumu nəticəsində 800 israillinin həlak olduğu məlum olub. Daha iki mindən çox insan yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.
Xatırladaq ki, Fələstinin HƏMAS-ın hücumunun hərbi qanadı şənbə günü İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatının həyata keçiriləcəyini elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini qeyd edib. İsrail hərbçiləri yaşayış məntəqələrini təmizləyirlər.