Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ ölkələrində heyvandarlıq məhsullarının istehsalı artıb

© AFP 2024 / LOU BENOISTİnəklər, arxiv şəkli
İnəklər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Avrasiya İqtisadi İttifaqı ölkələrində 2023-cü ilin yanvar-avqust aylarında ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalının isə 1,9% azaldığı bildirilir.
BAKI, 9 oktyabr — Sputnik. 2023-cü ilin yanvar-avqust aylarında Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində ötən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsullarının əsas növlərinin istehsalı artıb. Bu rəqəm kəsim üçün mal-qara və quş ətində (diri çəkidə) - 2,3% , süddə - 3%, yumurtada - 1,4% təşkil edir.
Birliyin hesabatında bildirilib ki, cari ilin səkkiz ayında bütün kateqoriyalar üzrə təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz azalıb.
Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının istehsalı Qazaxıstanda artıb, Belarus, QırğızıstanRusiyada isə azalma müşahidə olunub.
Aİİ ölkələrində kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
Sentyabrın 1-nə keçən ilin müvafiq tarixi ilə müqayisədə Belarusda 21,2 faiz, Qırğızıstanda 40,5 faiz, Rusiyada isə 12,4 faiz az taxıl yığılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
inək - Sputnik Azərbaycan, 1920, 19.07.2022
İQTİSADİYYAT
Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı artıb, bəs ət niyə bahalaşıb?
Xəbər lenti
0