Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı artıb, bəs ət niyə bahalaşıb?

© AP Photo / Charlie Neibergallinək
inək - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
Bitkiçilik məhsulları istehsalında azalmanın əsas səbəbi isə hava şəraiti ilə əlaqədar dənli və dənli paxlalı bitkilərin yığımına gec başlanılması olub.
BAKI, 19 iyul — Sputnik. Bu ilin 5 ayında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyard 123,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun 2 milyard 467,7 milyon manatı heyvandarlıq, 2 milyard 655,6 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 100,0 faiz təşkil edib. Bu dövrdə heyvandarlıq məhsulları istehsalı 2,8 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 2,7 faiz azalıb. Bitkiçilik məhsulları istehsalında müşahidə edilən azalmanın əsas səbəbi hava şəraiti ilə əlaqədar cari ildə dənli və dənli paxlalı bitkilərin yığımına nisbətən gec başlanılması olub.
Bitkiçilik
Ölkədə yaz-tarla işləri başa çatıb. 2022-ci il iyul ayının 1-nə kimi 388,0 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 65,3 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 30,5 min hektarı dən üçün qarğıdalı), 54,8 min hektar sahədə kartof, 65,3 min hektar sahədə tərəvəz, 20,1 min hektar sahədə bostan bitkiləri, 104,3 min hektar sahədə pambıq, 11,8 min hektar sahədə dən üçün günəbaxan, 5,0 min hektar sahədə şəkər çuğunduru, 2,4 min hektar sahədə tütün, 56,5 min hektar sahədə çoxillik otlar, 1,1 min hektar sahədə birillik otlar və 1,4 min hektar sahədə sair bitkilər əkilib.
2022-ci il iyul ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 2 milyon 98,7 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,1 faiz az dənli və dənli paxlalı bitkilər, 423,4 min ton (8,2 faiz çox) kartof, 794,5 min ton (2,3 faiz çox) tərəvəz, 108,4 min ton (8,2 faiz çox) bostan məhsulları, 150,4 min ton (12,3 faiz çox) meyvə və giləmeyvə, 825,4 ton (43,6 faiz az) tütün, 401,6 ton (23,1 faiz az) yaşıl çay yarpağı yığılıb.
2022-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3124 vahid istixana fəaliyyət göstərib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 3,3 faiz artaraq 220,1 min ton, xiyarın istehsalı 18,6 faiz artaraq 14,4 min ton olub.
Heyvandarlıq
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 276,8 min ton, süd istehsalı 1,7 faiz artaraq 1 milyon 93,1 min ton, yumurta istehsalı 3,9 faiz artaraq 988,8 milyon ədəd, yun istehsalı 1,7 faiz azalaraq 14,4 min ton, barama istehsalı 31,0 faiz azalaraq 339,2 ton olub.
Xəbər lenti
0