Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Türkdilli ölkələr arasında saziş imzalanması qərara alınıb - AFFA-nın baş katibi

© Photo : AZƏRTACSərxan Hacıyev
Sərxan Hacıyev - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Sərxan Hacıyev bildirib ki, türkdilli ölkələr arasında müəyyən birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
BAKI, 5 oktyabr — Sputnik. Növbəti aylarda türkdilli ölkələr arasında müxtəlif sahələr üzrə tədbirlərin keçirilməsi ilə bağlı saziş imzalanması qərara alınıb.
Bunu AFFA-nın baş katibi Sərxan Hacıyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən görüşlərlə bağlı danışarkən deyib.
Assosiasiya rəsmisi Daşkənddə iki müxtəlif tədbirin baş tutduğunu bildirib. Onun sözlərinə görə, UEFA və Asiya Futbol Konfederasiyasının iştirakı ilə baş tutan ilk tədbirin təşkilatçısı FİFA olub: "Orada əsas məqsəd iki qurumu bir araya gətirmək və onların gördükləri işlərlə bağlı təcrübə mübadiləsi aparmaq idi. Avropadan Azərbaycan, Türkiyə, Qazaxıstan, Macarıstan, Avstriya və Portuqaliya milli federasiyalarının rəhbərliyi baş katiblərlə təmsil olunublar. Asiyadan Özbəkistan, Türkmənistan və Qırğızıstan federasiyalarının rəhbərliyi iştirak edirdilər. Hər bir federasiya nümayəndəsi futbolun inkişafına dair ölkəsində keçirilən müxtəlif layihələr, işlərlə bağlı fikir mübadiləsi apardı. AFFA tərəfindən infrastruktur sahəsində görülən işlərlə bağlı digər iştirakçılara məlumat verildi".
Sərxan Hacıyev türkdilli ölkələrin federasiya rəsmiləri arasında baş tutan görüşdə müzakirə olunan məsələlər barədə də məlumat verib: "Həmin tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Macarıstan futbol federasiyalarının baş katiblər iştirak etdilər. Ümumi türkdilli ölkələr arasında müəyyən birgə layihələrin həyata keçirilməsi müzakirə olundu. İlk növbədə uşaq və gənclər futbolunun inkişafına təkan verə biləcək layihələr barədə söhbətlər oldu. Həmçinin məşqçilər arasında müəyyən təcrübə mübadilələrinin aparılması, hakimliklə bağlı müxtəlif birgə layihələrin olması barədə danışıldı. Konkret layihə müzakirə olunmadı. İlk olaraq uşaq və gənclər arasında beynəlxalq mini-turnirin keçirilməsi ehtimalı böyükdür".
Qeyd edək ki, Daşkənddə təşkil olunan tədbirlər oktyabrın 2-4-ü aralığında baş tutub (report).
Xəbər lenti
0