SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan bütün davranışlarında beynəlxalq hüquq normalarını əsas tutur - Millət vəkili

© Photo : Facebook / Elşad Mirbəşir oğluElşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Millət vəkili vurğulayıb ki, əvvəlki illərdə də Avropa Parlamentində Azərbaycana qarşı qərəzli müzakirələrin təşkil edildiyi bəllidir.
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş "prezidenti" Araik Arutyunyanı saxlayıblar.
Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş "prezident"ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), "Daşnakasutyun" partiyasının "Qarabağ təmsilçisi" və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.
Bəs separatçıların həbsi Azərbaycana qarşı təzyiqləri artıra bilərmi?
Mövzu ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a danışıb.
Milət vəkilinin sözlərinə görə, Azərbaycan beynəlxalq təhlükəsizlik üçün yeni təsirli pozitiv təcrübə təqdim edir.
Onun sözlərinə görə, dünyada çoxsaylı separatizm ocağı var: "Separatizmin baş verdiyi həmin ərazilərdə milyonlarla insan yaşayır. Separatizm xalqların və dövlətlərin milli təhlükəsizliyi üçün çox böyük təhdiddir. Azərbaycan öz ərazilərində separatizmin kökünü kəsməklə, erməni ekstremizminə son qoymaqla dünyadakı bir separatizm ocağını söndürmüş oldu. Buna görə, Azərbaycana beynəlxalq səviyyədə təşəkkür edilməlidir. Azərbaycan ərazisində konstitusiya quruluşunun pozulması, separatçı rejimin yaradılması dövlət təhlükəsizliyimiz üçün ciddi təhdid edirdi. BMT Nizamnaməsinin 51-ci maddəsi də hər bir dövlətə öz təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldırmaq hüququ verir. Azərbaycan bu hüququndan istifadə edərək ərazisindəki separatizmi aradan qaldırdı".
Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan ərazisində olan ermənilər əgər dövlətimizə və xalqımıza qarşı cinayətlərdə iştirak etməyiblərsə, separatizmlə məşğul olmayıblarsa,tam dinc təhlükəsizlik şəraitində Azərbaycan vətəndaşı statusunda öz həyatlarını ölkəmizin ərazisində davam etdirə bilərlər:
"Azərbaycan bu mövqeyini dəfələrlə bəyan edib. Eyni zamanda sentyabrın 19-20-si tarixlərində keçirilmiş lokal xarakterli anti terror əməliyyatları zamanı bütün dünya ictimaiyyəti dövlətimizin humanizmini görmüş oldu. Otuz il sonra bölgəyə ayaq basan BMT missiyası da bölgədəki vəziyyətin ermənilərin təqdim etdiyi kimi olmadığını əyani şəkildə müşahidə etdi. Avropa İttifaqı da etiraf etməyə məcbur oldu ki, Azərbaycan öz ərazilərində anti terror tədbirlər həyata keçirib və mülki əhaliyə qarşı da humanist davranıb. Separatizmə rəhbərlik edən şəxslər barədə isə Azərbaycan qanunlarına uyğun tədbirlər görülür. Hesab edirəm ki, bununla bağlı Azərbaycana qarşı hansısa iradların və ittihamlaırn irəıli sürülməsi üçün əsas yoxdur. Azərbaycan bütün davranışlarında beynəlxalq hüquq normalarını əsas tutur".
Millət vəkili vurğulayıb ki, əvvəlki illərdə də Avropa Parlamentində Azərbaycana qarşı qərəzli müzakirələrin təşkil edildiyi bəllidir:
"Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad etməklə Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşdırıb. Bu yeni reallıqla barışmaq istəməyən və bu regiondan kənarda yerləşən güclər gərginlik elementlərinin qalmasında maraqlıdırlar. Onların manipulyasiya aləti rolunda Azərbaycan ərazisindəki ermənilərin vəziyyəti və təhlükəsizliyi məsələsi istifadə olunur. Lakin bunun da heç bir əsası yoxdur.Tarixən Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələri tam dinc və təhlükəsizlik şəraitində yaşayıblar. Ona görə də Azərbaycanda hansısa xalqın nümayəndəsinə qarşı diskriminasiya halının baş verməsi müzakirə mövzusu deyil".
Avropa Parlamenti - Sputnik Azərbaycan, 1920, 05.10.2023
SİYASƏT
Avropa Parlamentinin qətnaməsinə Azərbaycan millət vəkillərindən reaksiya
Xəbər lenti
0