SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa Parlamentinin qətnaməsinə Azərbaycan millət vəkillərindən reaksiya

© AFP 2024 / FREDERICK FLORINAvropa Parlamenti
Avropa Parlamenti - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Asim Mollazadə qeyd edib ki, Ruben Vardanyan Avropa arenasındakı siyasi korrupsiya mühiti barədə ifadələr verir. Yaxın zamanda bu cür əsassız və qərəzli qətnamələri kimlərin qəbul etməsi barədə dünya ictrimaiyyəti də məlumatlı olacaq.
BAKI, 5 oktyabr — Sputnik. Avropa Parlamentində təmsil olunan depuattaların işi-gücü yoxdur və Azərbaycan əleyhinə qətnamə qəbul edirlər. Bunu Avropa Parlamenti (AP) üzvlərinin plenar iclasda Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni Sputnik Azərbaycan-a şərh edərkən millət vəkili Rasim Musabəyov deyib.
"Bu vaxta qədər qəbul etdikləri qətnamələrin bir faydası olubmu?! Olmayıb. Bu da onlardan biridir. Avropa Parlamentinin çağırış etməkdən başqa heç bir səlahiyyəti yoxdur. Bu qətamələrin Azərbaycana heç bir təsiri olmayacaq", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
© Sputnik / Murad OrujovRasim Musabəyov
Milli Məclisin deputatı Rasim Musabəyov - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Rasim Musabəyov
Qeyd edək ki, Avropa parlamenti bu gün Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran qətnamə qəbul edib. Bu qurumun qəbul etdiyi sənədlərin hüquqi cəhətdən icrası məcburi deyil.
Millət vəkili Asim Mollazadə də Avropa Parlamentinin son qəbul etdiyi qətnamə ilə bağlı fikirlərini bölüşüb.
© Photo : Social media page of Asim MollazadeAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Asim Mollazadə
O, bu qətnamənini qərəzli olduğunu qeyd edib:
"Bu gün Azərbaycanda həbsdə saxlanılan separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyan Avropa arenasındakı siyasi korrupsiya mühiti barədə ifadələr verir. Yaxın zamanda bu cür əsassız və qərəzli qətnamələri kimlərin qəbul etməsi barədə dünya ictrimaiyyəti də məlumatlı olacaq. Bu qətnamənin qəbul edilməsi bir daha göstərdi ki, Avropa Parlqamentində sistemli korrupsiya var. Avropa Parlamentindəki deputatlara yanlış məlumatlar verilib və bunun nəticəsində belə bir qətnamə qəbul edilib. Bu cür qətnamələrin heç bir hüquqi qüvvəsi yoxdur"
Xəbər lenti
0