CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Levon Mnatsakanyan Bakıya gətirilib

© AFP 2023 / THOMAS SAMSONНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
BAKI, 29 sentyabr - Sputnik. Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyanın Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
Erməni hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.09.2023
QARABAĞ
Separatçıların keçmiş komandiri də “Laçın” buraxılış məntəqəsində saxlanılıb
Xəbər lenti
0