QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Separatçıların keçmiş komandiri də “Laçın” buraxılış məntəqəsində saxlanılıb

© Sputnik / StringerErməni hərbçisi, arxiv şəkli
Erməni hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
58 yaşlı Mnatsakanyan Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb, 2012-2015-ci illərdə Ermənistan Baş Qərargah rəisinin müavini, 2015-2018-ci illərdə separatçıların "müdafiə naziri" olub.
BAKI, 29 sentyabr — Sputnik. Separatçıların keçmiş komandiri, general-leytenant Levon Mnatsakanyan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.
Yada salaq ki, Ruben Vardanyan da sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb. Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Səbail rayon Məhkəməsində qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 58 yaşlı Mnatsakanyan Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb, 2012-2015-ci illərdə Ermənistan Baş Qərargah rəisinin müavini, 2015-2018-ci illərdə separatçıların "müdafiə naziri" olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Xəbər lenti
0