https://sputnik.az/20230924/azerbaycan-millisi-tarixde-ilk-defe-yunan-roma-gulesi-uzre-dunya-cempionu-oldu-458939044.html
Azərbaycan millisi tarixdə ilk dəfə Yunan-Roma güləşi üzrə dünya çempionu oldu
Azərbaycan millisi tarixdə ilk dəfə Yunan-Roma güləşi üzrə dünya çempionu oldu
Sputnik Azərbaycan
Millimiz 2 qızıl 3 gümüş medal qazanaraq 120 xal toplayıb və ilk dəfə komanda hesabında dünya çempionu olub. 24.09.2023, Sputnik Azərbaycan
2023-09-24T23:28+0400
2023-09-24T23:28+0400
2023-09-25T10:24+0400
idman
yunan-roma güləşi
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458893017_0:161:3071:1888_1920x0_80_0_0_ee63b50fc666c07204c25626c24ef1e9.jpg
BAKI, 24 sentyabr - Sputnik. Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yekun vurulub.Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb.2 qızıl 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.Daha öncə sərbəst güləşdə də belə bir uğurumuz olmayıb. Buna qədər ən yaxşı nəticələr sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında 2-ci yeri tutub.Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıb. Komandamız 67 və 77 kq-da olimpiadaya lisenziya əldə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458893017_170:0:2901:2048_1920x0_80_0_0_fe1cb46bbe90f2a6326f40ed619927a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yunan-roma güləşi
Azərbaycan millisi tarixdə ilk dəfə Yunan-Roma güləşi üzrə dünya çempionu oldu
23:28 24.09.2023 (Yenilənib: 10:24 25.09.2023) Millimiz 2 qızıl 3 gümüş medal qazanaraq 120 xal toplayıb və ilk dəfə komanda hesabında dünya çempionu olub.
BAKI, 24 sentyabr - Sputnik. Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yekun vurulub.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb.
2 qızıl 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.
Daha öncə sərbəst güləşdə də belə bir uğurumuz olmayıb. Buna qədər ən yaxşı nəticələr sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında 2-ci yeri tutub.
Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.
Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıb. Komandamız 67 və 77 kq-da olimpiadaya lisenziya əldə edib.