Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində Norveç klubunu məğlub edib

© Sputnik / Murad Orujov“Qarabağ” - "Molde" matçı
“Qarabağ” - Molde matçı - Sputnik Azərbaycan, 1920, 21.09.2023
Abunə olmaq
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 56-cı dəqiqədə Azərbaycan çempionunun futbolçusu Leandro Andrade olub.
BAKI, 21 sentyabr - Sputnik. Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsində start oyununa çıxıb. H qrupunda yer alan Azərbaycan çempionu öz meydanında “Molde” ilə qarşılaşıb.

Hər iki komanda Avropa kuboklarında mübarizəyə Çempionlar Liqasından başlayıb.
“Qarabağ” II təsnifat mərhələsində “Rakuv”a, Norveç çempionu isə “Qalatasaray”a məğlub olub.
Azərbaycan çempionu 90 dəqiqqənin tamamında rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupun digər matçında Almaniyanın “Bayer” klubu İsveçin “Haken” komandasına 4:0 hesabı ilə qalib gəlib.
***
“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab ikinci hissədə açılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 56-cı dəqiqədə Azərbaycan çempionunun futbolçusu Leandro Andrade olub.
***
“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş saat 20:45-də start götürüb.
Start fitindən əvvəl Liviyada baş vermiş daşqın və Mərakeşdə yaşanmış zəlzələ nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qarşılaşmanı şotlandiyalı hakim Con Biton idarə edir.
***
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda üz-üzə gələcək "Qarabağ" və Norveçin "Molde" klublarının start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": 99. Andrey Lunyov, 2. Mateu Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo
"Molde": 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus VolffEikrem (k)
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.
Xəbər lenti
0