https://sputnik.az/20230921/qarabag---molde-oyununa-vip-biletin-qiymeti-200-manatdir-458800397.html
Qarabağ - Molde oyununa VIP biletin qiyməti 200 manatdır
Qarabağ - Molde oyununa VIP biletin qiyməti 200 manatdır
Sputnik Azərbaycan
Bakı metropoliteninin "Gənclik" stansiyası "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar gücləndirilmiş iş rejimində... 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T10:01+0400
2023-09-21T10:01+0400
2023-09-21T10:15+0400
idman
qarabağ fk
bilet
manat
uefa
metro
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457083223_0:0:2048:1153_1920x0_80_0_0_5541cbdeb95fea8944f0afab277012c7.jpg
BAKI, 21 sentyabr - Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində sentyabrın 21-də keçiriləcək keçiriləcək “Qarabağ”-“Molde” (Norveç) oyununa bilet satışı davam edir. Azərtac-ın xəbərinə görə, oyuna indiyədək 19 min bilet satılıb.Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.“VIP Lounge” üstünlüklərindən yararlanmaq istəyənlər üçün biletlərin qiyməti isə 200 manatdır.Qeyd edək ki, Bakı metropoliteninin "Gənclik" stansiyası "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq."Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada sentyabrın 21-də keçiriləcək qarşılaşmadan əvvəl və sonra nəzarət mexanizmləri gücləndiriləcək.Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.Oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Matç başa çatdıqdan sonra ehtiyat qatarlar cəlb edilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.Bunlardan əlavə olaraq, "28 May" və "Nərimanov" stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457083223_0:0:1822:1366_1920x0_80_0_0_92b06657831a18b1d942c4f09b1f3feb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ fk, bilet, manat, uefa, metro
qarabağ fk, bilet, manat, uefa, metro
Qarabağ - Molde oyununa VIP biletin qiyməti 200 manatdır
10:01 21.09.2023 (Yenilənib: 10:15 21.09.2023) Bakı metropoliteninin "Gənclik" stansiyası "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
BAKI, 21 sentyabr - Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində sentyabrın 21-də keçiriləcək keçiriləcək “Qarabağ”-“Molde” (Norveç) oyununa bilet satışı davam edir. Azərtac-ın xəbərinə görə, oyuna indiyədək 19 min bilet satılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
“VIP Lounge” üstünlüklərindən yararlanmaq istəyənlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Qeyd edək ki, Bakı metropoliteninin "Gənclik" stansiyası "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada sentyabrın 21-də keçiriləcək qarşılaşmadan əvvəl və sonra nəzarət mexanizmləri gücləndiriləcək.
Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
Oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Matç başa çatdıqdan sonra ehtiyat qatarlar cəlb edilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.
Bunlardan əlavə olaraq, "28 May" və "Nərimanov" stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.