https://sputnik.az/20230920/genclik-stansiyasi-guclendirilmis-is-rejiminde-calisacaq-458793567.html
"Gənclik" stansiyası gücləndirilmiş iş rejimində çalışacaq
"Gənclik" stansiyası gücləndirilmiş iş rejimində çalışacaq
Sputnik Azərbaycan
Matç başa çatdıqdan sonra ehtiyat qatarlar cəlb edilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq. 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T23:36+0400
2023-09-20T23:36+0400
2023-09-20T23:36+0400
"gənclik" metrostansiyası
idman
qarabağ fk
oyun
metro
gücləndirilmiş rejim
https://cdnn1.img.sputnik.az/img/41261/45/412614536_0:80:2000:1205_1920x0_80_0_0_cd6f5f368d4bf1f76711d3f07fc6d1ff.jpg
BAKI, 20 sentyabr — Sputnik. Bakı metropoliteninin "Gənclik" stansiyası "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada sentyabrın 21-də keçiriləcək qarşılaşmadan əvvəl və sonra nəzarət mexanizmləri gücləndiriləcək. Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Matç başa çatdıqdan sonra ehtiyat qatarlar cəlb edilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq. Bunlardan əlavə olaraq, "28 May" və "Nərimanov" stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41261/45/412614536_161:0:1941:1335_1920x0_80_0_0_9e8cee7257075823c78fffab4c3ce136.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"gənclik" metrostansiyası, qarabağ fk, oyun, metro, gücləndirilmiş rejim
"gənclik" metrostansiyası, qarabağ fk, oyun, metro, gücləndirilmiş rejim
"Gənclik" stansiyası gücləndirilmiş iş rejimində çalışacaq
Matç başa çatdıqdan sonra ehtiyat qatarlar cəlb edilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.
BAKI, 20 sentyabr — Sputnik. Bakı metropoliteninin "Gənclik" stansiyası "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada sentyabrın 21-də keçiriləcək qarşılaşmadan əvvəl və sonra nəzarət mexanizmləri gücləndiriləcək. Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
Oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Matç başa çatdıqdan sonra ehtiyat qatarlar cəlb edilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.
Bunlardan əlavə olaraq, "28 May" və "Nərimanov" stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.