Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Adları açıqlanan şəhidlərin dəfn mərasimləri yaxın zamanda təşkil olunacaq

© Sputnik / Ilham MustafayevŞəhid dəfni
Şəhid dəfni - Sputnik Azərbaycan, 1920, 18.09.2023
Abunə olmaq
Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri bildirib ki, daha 10 nəfərin də şəxsiyyəti müəyyənləşdirilib.
BAKI, 18 sentyabr — Sputnik. “Bu gün taleyi müəyyən edilmiş və itkin düşmüş şəxs statusunu itirmiş eyniləşdirilməsi mümkün olmuş şəhidlərin dəfn mərasimləri qanunvericiliyin tələblərinə və dini adət-ənənələrimizə uyğun olaraq yaxın zamanda təşkil olunacaq”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O, bununla bağlı şəhid ailələrinə əlavə məlumat veriləcəyini də bildirib.
***
Təxirəsalınmaz tədbirlər nəticəsində itkinlərdən 25 nəfərin şəxsiyyəti eyniləşdirilib.
Bunu "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O bildirib ki, daha 10 nəfərin də şəxsiyyəti müəyyənləşdirilib və onlar aşağıdakılardır:
Tahirov Seyfulla Veytulla oğlu
Atamoğlanov Əbülfət Sabir oğlu
Hacıyev Təhsil Fikran oğlu
Əsədov Vüqar Babil oğlu
Xələfov Cahangir Məmi oğlu
Məmmədov Elmar İnqilab oğlu
Qasımov Veysəl Qasım oğlu
Əhmədov Riad Fikrət oğlu
Babaşov Əlhəm Tahir oğlu
Həsənov Vüqar Habil oğlu
Nağıyev Cahid Şəfi oğlu
Meyitlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.09.2023
SİYASƏT
Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlanıb
Xəbər lenti
0