https://sputnik.az/20230918/ermenistanin-azerbaycana-tehvil-verdiyi-meyit-qaliqlarinin-sayi-aciqlanib-458714817.html
Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlanıb
Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlanıb
Sputnik Azərbaycan
Hərbi prokuror bildirib ki, ermənilər keçən əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiaları qaldırıb, beynəlxalq humanitar... 18.09.2023, Sputnik Azərbaycan
2023-09-18T16:20+0400
2023-09-18T16:20+0400
2023-09-18T16:20+0400
meyit
siyasət
ermənilər
anama
hərbi prokurorluq
hərbi prokuror
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e4/09/08/424877453_0:160:3073:1888_1920x0_80_0_0_d8677fffbab2b930a6ca68ccff51d352.jpg
BAKI, 18 sentyabr — Sputnik. "Bu konfransın itkin düşmüş şəxslərin meyit qalıqlarının yerinin müəyyənləşdirilməsinə töhfə verəcəyinə ümid edirəm". Bunu "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda çıxışında Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib. Hərbi prokuror bildirib ki, ermənilər keçən əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiaları qaldırıb, beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozub: "Ermənilər Azərbaycanın hərbi qulluqçularına və döyüşlərdə bilavasitə iştirak etməyən mülki azərbaycanlıları girov götürüb, ağır işgəncələrə məruz qoyub. Onların taleyi barədə bu günə qədər hələ də məlumat verməyib. Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığı ilə itkin düşmüş şəxslərin taleyi diqqət mərkəzində saxlanılıb. Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarla bağlı hərbi prokurorluqda çoxsaylı cinayət işləri başlanıb". X.Vəliyev qeyd edib ki, ötən dövr ərzində ANAMA, FHN, BQXK və digər qurumların iştirakı ilə aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 508 şəxsə aid meyit qalıqları götürülüb. Hərbi prokuror bildirib ki, azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən azı 98 şəxsə aid meyit qalıqları aşkar edilib və onlarla bağlı hərtərəfli iş gedir: "Respublikanın şəhər və rayonlarında kimliyi müəyyən edilmədən basdırılmış 183 nəfərə aid meyit qalığı aşkar edilib". O qeyd edib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 şəxsin 3407 ailə üzvündən 10 815 bioloji nümunə götürülüb. Hərbi prokuror bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının basdırıldığı ərazilər Ermənistanda mövcuddur: "Amma bu gün Ermənistan tərəfi həmin yerlərin koordinatlarını verməkdən yayınır. 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin meyit qalıqları Ermənistan tərəfindən Azərbaycan tərəfinə təhvil verilib". Hərbi prokuror qeyd edib ki, azad edilmiş ərazilərdə mina problemi də hələ qalmaqdadır: "Ermənistan tərəfi real minalarla çirklənmiş ərazilərin xəritələrini bu gün də vermir. Bu səbəblə də azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin yerlərini müəyyən etmək çətinləşdirir. Azərbaycanda hələ də gümanlar var ki, itkin düşmüş şəxslərin bir qismi hələ də sağdır və Ermənistanda qul kimi işlədilir, digər qismi isə qətl edilərək kütləvi məzarlıqlarda basdırılıb."
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/08/424877453_170:0:2901:2048_1920x0_80_0_0_5228a371374f233ccb926a95bede48ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meyit, ermənilər, anama, hərbi prokurorluq, hərbi prokuror, ermənistan
meyit, ermənilər, anama, hərbi prokurorluq, hərbi prokuror, ermənistan
Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlanıb
Hərbi prokuror bildirib ki, ermənilər keçən əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiaları qaldırıb, beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozub.
BAKI, 18 sentyabr — Sputnik. "Bu konfransın itkin düşmüş şəxslərin meyit qalıqlarının yerinin müəyyənləşdirilməsinə töhfə verəcəyinə ümid edirəm".
Bunu "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda çıxışında Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib.
Hərbi prokuror bildirib ki, ermənilər keçən əsrin 80-ci illərindən başlayaraq Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiaları qaldırıb, beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozub: "Ermənilər Azərbaycanın hərbi qulluqçularına və döyüşlərdə bilavasitə iştirak etməyən mülki azərbaycanlıları girov götürüb, ağır işgəncələrə məruz qoyub. Onların taleyi barədə bu günə qədər hələ də məlumat verməyib. Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığı ilə itkin düşmüş şəxslərin taleyi diqqət mərkəzində saxlanılıb. Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarla bağlı hərbi prokurorluqda çoxsaylı cinayət işləri başlanıb".
X.Vəliyev qeyd edib ki, ötən dövr ərzində ANAMA, FHN, BQXK və digər qurumların iştirakı ilə aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 508 şəxsə aid meyit qalıqları götürülüb.
Hərbi prokuror bildirib ki, azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən azı 98 şəxsə aid meyit qalıqları aşkar edilib və onlarla bağlı hərtərəfli iş gedir: "Respublikanın şəhər və rayonlarında kimliyi müəyyən edilmədən basdırılmış 183 nəfərə aid meyit qalığı aşkar edilib".
O qeyd edib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 şəxsin 3407 ailə üzvündən 10 815 bioloji nümunə götürülüb.
Hərbi prokuror bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının basdırıldığı ərazilər Ermənistanda mövcuddur: "Amma bu gün Ermənistan tərəfi həmin yerlərin koordinatlarını verməkdən yayınır. 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin meyit qalıqları Ermənistan tərəfindən Azərbaycan tərəfinə təhvil verilib".
Hərbi prokuror qeyd edib ki, azad edilmiş ərazilərdə mina problemi də hələ qalmaqdadır: "Ermənistan tərəfi real minalarla çirklənmiş ərazilərin xəritələrini bu gün də vermir. Bu səbəblə də azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin yerlərini müəyyən etmək çətinləşdirir. Azərbaycanda hələ də gümanlar var ki, itkin düşmüş şəxslərin bir qismi hələ də sağdır və Ermənistanda qul kimi işlədilir, digər qismi isə qətl edilərək kütləvi məzarlıqlarda basdırılıb."