Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Sərbəst güləşçilərimiz dünya çempionatının ilk günündə uğursuz çıxış ediblər

© Photo : Facebook / United World Wrestling Азербайджанский борец, фото из архива
 Азербайджанский борец, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.09.2023
Abunə olmaq
86 kq-da Abubakr Abakarov 1/16 finalda kanadalı Aleksandr Muru üstələsə də, Fransanı təmsil edən Rəhim Maqamadova yenilib.
BAKI, 16 sentyabr - Sputnik. Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatının ilk günündə uğursuz çıxış ediblər.
"Report"un məlumatına görə, bu gün mübarizəyə qoşulan 4 güləşçinin hamısı məğlub olub.
61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Hyeonsik Sonqa qalib gəlsə də, ardınca qırğızıstanlı Taiyrbek Uuluya uduzub.
70 kq-da Maqomed-Başir Xaniyev eyni raundda Qazaxıstandan olan Sanjar Dojanovdan güclü olub. Lakin Xaniyev İran idmançısı Amirməhəmməd Yazdaniçeratinin müqavimətini qıra bilməyib.
86 kq-da Abubakr Abakarov 1/16 finalda kanadalı Aleksandr Muru üstələsə də, Fransanı təmsil edən Rəhim Maqamadova yenilib.
125 kq-da Georgi Meşvildişvili 1/16 finalda bolqarıstanlı İslam Adizovu məğlub edib. O, növbəti raundda türkiyəli Taha Akgüllə bacarmayıb.
Xəbər lenti
0