Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Canni De Byazi xidmətini Polşa millisinə təklif edib

© Sputnik / Murad OrudjevГлавный тренер сборной Азербайджана по футболу Джанни Де Бьязи
Главный тренер сборной Азербайджана по футболу Джанни Де Бьязи - Sputnik Azərbaycan, 1920, 16.09.2023
Abunə olmaq
Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa komandanı yerli mütəxəssisə tapşırmaq niyyətindədir.
BAKI, 16 sentyabr - Sputnik. Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasında işləmək istəyir.
"Report" xəbər verir ki, 67 yaşlı mütəxəssis növbəti dəfə öz xidmətini təklif edib.
Buna baxmayaraq, Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa komandanı yerli mütəxəssisə tapşırmaq niyyətindədir. Funksioner bu posta Marek Papszun və Mixal Probeji namizəd görür. Qurum sentyabrın 13-də portuqaliyalı Fernandu Santuşla yollarını ayırıb.
Qeyd edək ki, Canni De Byazinin adı daha əvvəl də bu yığma ilə hallanıb. İtaliyalı mütəxəssis hətta Polşa millisindən bir addım uzaqda olduğunu açıqlamışdı.
Xəbər lenti
0