Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda mətbuat konfransı az qala döyüş ilə bitəcəkdi

© SputnikRizin
Rizin  - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Yaponiyalı döyüşçü Çixiro Suzuki zalda döyüşməyə hazır olub, Vüqar Kərəmov isə rəqibin yalnız çempionluq kəməri ilə şəkil çəkdirməsinə icazə verəcəyini söyləyib.
BAKI, 14 sentyabr — Sputnik. Bakıda keçirilən qarışıq döyüş növləri (MMA) üzrə Rizin turnirinə həsr olunmuş mətbuat konfransı qarşıdakı turnirin əsas döyüşçüləri arasında yaranan mübahisə ilə başa çatıb.
Cümə axşamı, sentyabrın 14-də Bakıda ilk dəfə Azərbaycanda keçiriləcək Rizin turnirinə həsr olunmuş mətbuat konfransı keçirilib. Turnir noyabrın 4-də Milli Gimnastika Arenasında baş tutacaq. Qarşıdakı turnirin əsas döyüşü Rizin çempionluq kəmərinin sahibi Vüqar Kərəmovla yaponiyalı Çixiro Suzuki arasında olacaq.
Yeri gəlmişkən, Yaponiyanın nümayəndəsi mətbuat konfransı zamanı peşəkar boks və MMA-nın ən yaxşı ənənələri üzrə şou nümayiş etdirib. Əvvəlcə o, ambisiyaları haqqında emosional şəkildə danışıb, sonra isə idman fəndləri göstərməyi başlayıb.
"Mən döyüşə o qədər hazıram ki, hətta indi döyüşə bilərəm. Bura kəməri qazanmağa gəlmişəm və elə burada döyüşməyə hazıram. Əminəm ki, qələbə mənimdir", - deyə Suzuki son sözünü yalnız yaponlara xas üslubda qışqıraraq söyləyib və bununla da mətbuat konfransında iştirak edənlərin şiddətli reaksiyasına səbəb olub.
Öz növbəsində onun rəqibi Vüqar Kərəmov qətiyyən soyuqqanlı olub və çempionluq kəmərini yapon rəqibinə yalnız onunla şəkil çəkdirmək üçün verməyə hazır olduğunu bildirib.
"Mən bu kəməri iki ay əvvəl qazanmışam və onu uzun müddət özümdə saxlamaq niyyətindəyəm. Mən ona kəmərlə ancaq şəkil çəkdirməyə icazə verə bilərəm, başqa heç nə. O, kəməri əldə etməyəcək, buna əmin ola bilərsiniz", - deyə Kərəmov qeyd edib.
Daha sonra döyüşçülərin döyüş öncəsi “üzləşmə” (face to face) zamanı idmançıların baxışları vaxtından öncə döyüşə səbəb olacaqdı, lakin təhlükəsizlik xidməti idmançıları bir-birindən ayırmağa müvəffəq olublar. Beləliklə, qarşıdakı turnirin təşkilatçıları bu yaranan hadisədən məmnun qalıblar: şou artıq başlayıb.
Noyabrın 4-də qəfəsə daxil olacaq digər azərbaycanlı döyüşçülərə gəlincə, onların rəqibləri aşağıdakılardır: Tofiq Musayev yaponiyalı Toji Takeda ilə, Nəriman Abbasov rusiyalı Əli Əbdülxəlilovla, Mehman Məmmədov amerikalı Castin Skogginslə və Tural Rəhimov isə Cənubi Koreyadan olan döyüşçü Kyun Pyu Kim ilə döyüşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0