SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bolqarıstan Qarabağda qondarma rejimin "prezident seçkiləri" keçirməsindən narahatdır

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Bolqarıstan bayraqları
Azərbaycan və Bolqarıstan bayraqları - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
Bolqarıstan parlamentinin spikeri bildirib ki, Azərbaycan və Bolqarıstan coğrafi baxımdan uzaq regionlarda yerləşsə də bu regionlarda bənzər hadisələr baş verib.
BAKI, 12 sentyabr - Sputnik. “Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "prezident seçkiləri"ndən narahatıq. Bu "seçkilər" Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında bəyanatları ilə ziddiyyət təşkil edir”
Bu sözləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə Bolqarıstan Milli Assambleyanın sədri Rosen Jelyazkov deyib.
O qeyd edib ki, 1945-ci ildən sonra yaradılmış dünya nizamında ərazi bütövlüyü əsas rol oynayan prinsipdir. Bu prinsipin pozulması asan həll oluna bilməyəcək konfliktlərin yaranmasına gətirib çıxarır. Spiker bildirib ki, Azərbaycan və Bolqarıstan coğrafi baxımdan uzaq regionlarda yerləşsə də bu regionlarda bənzər hadisələr baş verib.
"Hazırda mövcud olan vəziyyət sadəcə bəyanatların səsləndirilməsini deyil, uzunmüddətli sülhü təmin edəcək sazişin imzalanmasını tələb edir. Davranışlar səsləndirilən bəyanatlara uyğun olmalıdır" - deyən Jelyazkov ölkəsinin Azərbaycanın sülh planını dəstəklədiyini bir daha bəyan edib.
O, ümid etdiyini bildirib ki, vasitəçilərin də iştirakı ilə aparılan danışıqlar nəticəsində tezliklə sülh sazişi imzalanacaq.
***
Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni, qondarma rejimin “prezident seçkiləri” ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə aşkar formada pozulmasıdır. Bu təxribatçı addım, eyni zamanda, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Bunu Milli Məclisinin sədri Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri Rosen Jelyazkovla görüşdə deyib.
Onun sözlərinə görə, beynəlxalq birliyin bütün üzvləri beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu akta düzgün siyasi qiymət verməli, təcavüzkar separatizmə qarşı öz səslərini ucaltmalı və adı çəkilən qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidirlər.
Görüşdə, həmçinin Ermənistanın “blokada”, “humanitar böhran” barədə yalan və əsassız iddiaları ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birbaşa hədəfə aldığını qeyd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, delimitasiya olunmamış sərhəddə və Qarabağ bölgəsində hərbi təxribatlar törətməkdə davam edir, Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minlik silahlı birləşmələrinə texniki, hərbi və maliyyə dəstəyini davam etdirərək, əvvəllər əldə olunmuş razılaşmaları və normallaşma prosesini pozur. Ermənistanın yeganə məqsədi bütün mümkün vasitələrlə Azərbaycan ərazisində separatizmi davam etdirməkdir.
Президент Азербайджанской Республики Ильхам Алиев и Президент Республики Болгария Румен Радев выступили с заявлениями для печати - Sputnik Azərbaycan, 1920, 12.09.2023
SİYASƏT
Bolqarıstan Prezidenti: Azərbaycan təkcə strateji tərəfdaş deyil, həm də əsl dostumuzdur
Xəbər lenti
0