SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bolqarıstan Prezidenti: Azərbaycan təkcə strateji tərəfdaş deyil, həm də əsl dostumuzdur

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджанской Республики Ильхам Алиев и Президент Республики Болгария Румен Радев выступили с заявлениями для печати
Президент Азербайджанской Республики Ильхам Алиев и Президент Республики Болгария Румен Радев выступили с заявлениями для печати - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
Radev qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaşdır və Avropa İttifaqının enerji şaxələndirilməsində vasitəçidir.
BAKI, 12 sentyabr — Sputnik. Bolqarıstan və Azərbaycan təkcə strateji tərəfdaş deyil, həm də ən yüksək səviyyədə siyasi dialoq aparan və bir sıra sahələrdə birgə layihələr həyata keçirən əsl dost ölkələrdir.
Bu barədə Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Radev qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaşdır və Avropa İttifaqının enerji şaxələndirilməsində vasitəçidir.
O xatırladıb ki, Yunanıstanla qaz interkonnektorunun tikintisi və Azərbaycan təbii qazının təhlükəsiz marşrutla Avropa İttifaqı ölkələrinə nəqlinin həcmini artırmağa imkan verən “Həmrəylik Halqası” layihəsinin həyata keçirilməsi, həmçinin ofisin açılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sofiyada fəaliyyət göstərməsi regionun enerji təhlükəsizliyinin artırılmasına kömək edib.
R.Radev və S.Qafarova iqtisadiyyat, yüksək texnologiyalar, avtomobil sənayesi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu bildiriblər.
Bolqarıstan Prezidenti vurğulayıb ki, Sofiya ilə Bakı arasında birbaşa hava əlaqəsinin bərpası Azərbaycanla əlaqələrin genişləndirilməsinə kömək edəcək.
12:35
Sahibə Qafarova Bolqarıstana niyə gedib?
Bolqarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Spiker Sahibə Qafarovaya mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib.
Parlamentin sədri Mərkəzə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən nəşr olunmuş kitabları hədiyyə edib. Sahibə Qafarova, mərkəz əməkdaşlarına və tədbir iştirakçılarına Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri haqqında geniş məlumat verib.
Milli Məclisin sədri Mərkəzə həmçinin, "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabı təqdim edərək, Ermənistanın 30 illik işğalı zamanı şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər barədə məlumat verib.
Daha sonra Milli Məclisin sədri Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb.
Spiker Sahibə Qafarova Mərkəzdə xatirə kitabını imzalayıb.
Xəbər lenti
0