Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Taxıl mübahisəsi: Avropa fermerləri Ukrayna üzündən iflasın astanasındadır

© ERIC LALMAND / BELGA / AFPMəhsul yığımı, arxiv şəkli
Məhsul yığımı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.09.2023
Abunə olmaq
Ukrayna taxılının Aİ-nin beş ölkəsinə tədarükünə qoyulan qadağa başa çatmaq üzrədir, lakin onun müddətinin uzadılması gözlənilir. Nəticədə Ukraynanın Aİ-yə qarşı ritorikası getdikcə daha da aqressivləşir.
BAKI, 10 sentyabr — Sputnik. Avropa İttifaqına (Aİ) üzv olan ölkələr arasında enerji təhlükəsizliyi məsələsi ətrafında gedən şiddətli mübahisələrdən sonra kənd təsərrüfatı istehsalı sahəsində də vəziyyət qızışır. Belə ki, ötən ilin yazından başlayaraq, Polşa başda olmaqla bir sıra Aİ ölkələri ucuz Ukrayna taxılına görə yerli bazarda məhsullarını sata bilməyən, böyük itkilərə məruz qalan fermerlərin vəziyyəti ilə bağlı həyəcan təbili çalır.
Aİ uzun müddət Polşa və ona sonradan qoşulan Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya ilə Ukrayna taxılının daxili bazarına tədarükünün qarşısını almağa çalışan gərginlik dərəcəsini azaltmaq üçün çalışıb. Beş ölkənin təzyiqi nəticəsində Aİ bu ilin aprel ayında dörd növ Ukrayna məhsulunun - buğda, qarğıdalı, raps və günəbaxanın bu ölkələrin bazarlarına çatdırılmasına qadağa qoyub.
Bu qadağanın müddəti sentyabrın 15-də başa çatır və buna görə də münaqişə yeni güclə alovlanır. Avqustun sonunda Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Robert Telüs bildirib ki, Varşava Sofiya, Budapeşt, Bratislava və Buxarestlə birlikdə Ukraynadan taxıl idxalına qoyulan qadağanın ilin sonuna qədər uzadılması ilə bağlı Avropa Komissiyasına (AK) müraciətlə razılaşıb.
Bu yaxınlarda Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka bildirib ki, sentyabrın 15-dən sonra hər hansı bir qadağalar tətbiq olunarsa, Kiyev Polşa və Aİ-yə qarşı Ümumdünya Ticarət Təşkilatına iddia qaldıracaq.
Ekspertlər hesab edirlər ki, bu dəfə Qara dəniz Taxıl Təşəbbüsünün uzadılmasının mümkün olmadığını nəzərə alsaq, Aİ çətin seçim qarşısında qalacaq: Ukraynanın himayədarı kimi davranmağa davam edərək, ona Avropa bazarına məhdudiyyətsiz taxıl tədarük etməyə imkan vermək və ya keçən dəfə olduğu kimi, Kiyevin maraqlarını qurban verərək beş Şərqi Avropa ölkəsini seçmək.
Avropalı fermerlər çarəsiz vəziyyətdədirlər
Aİ üçün seçim həqiqətən də çətin olacaq - bir tərəfdən dünya ictimaiyyəti qarşısında imic, digər tərəfdən isə Ukrayna münaqişəsi nəticəsində onsuz da çox zərər çəkən Avropa regionunda kənd təsərrüfatı istehsalıdır.
Belə ki, Avrostatın məlumatına görə, 2022-ci ildən etibarən Aİ fermerləri üçün gübrələrin qiyməti Rusiya və Belarusdan tədarük məhdudiyyətləri üzündən orta hesabla 40%-ə qədər artıb.
Eyni zamanda, illər ərzində 150% artan enerji daşıyıcılarının xərclərinin həddən artıq yüksək olması üzündən Aİ-də gübrə istehsalı əhəmiyyətli dərəcədə azalıb. Bəzi şirkətlər iflas edib, bəziləri isə istehsalını azaldıb. Nəticədə bu ilin əvvəlindən Rusiyadan Avropa bazarına gübrə idxalı 5 dəfə artıb.
Ümumiyyətlə, keçən il yüksək enerji qiymətləri, eləcə də aşağı məhsuldarlığa səbəb olan bu yay havanın quraq keçməsi ilə Avropa fermerləri maliyyə çətinlikləri ilə üzləşiblər, kiçik kənd təsərrüfatı şirkətləri isə istehsalı tamamilə dayandırmaq məcburiyyətində qalıblar.
Bundan əlavə, Avropa fermerləri üçün istehsal Avropa İttifaqının "yaşıl gündəliyi" ilə əlaqədar olaraq bahalaşır, buna görə də kənd təsərrüfatı sənayesi də karbon tullantıları olmadan işləməli və ekoloji təmiz məhsul istehsal etməlidir ki, bu da istehsalçılar üçün əlavə xərc deməkdir.
Ukrayna Avropa ölkələri arasında mübahisə yaradıb
Qeyd edək ki, Ukraynanın taxıl tədarükü məsələsi Aİ ölkələri arasında ilk münaqişə vəziyyəti deyil. Rusiyadan neft və qaz tədarükünə qoyulan məhdudiyyətlərlə daha da ağırlaşan avrozonadakı enerji böhranından sonra Budapeşt Brüsselə qarşı kəskin bəyanatlar verərək onu Avropa iqtisadiyyatının problemlərində günahlandırıb.
Belə k, Macarıstan vaxtaşırı bəyan edir ki, əgər Avropa İttifaqı Rusiya qazının idxalının azaldılmasını istəyirsə, alternativ bazarlardan yanacaq idxal etmək üçün Cənub-Şərqi Avropa ölkələrində yeni infrastruktur layihələrinin həyata keçirilməsini dəstəkləməlidir. Budapeşt hesab edir ki, Aİ-nin digər bazarlardan qaz idxalı məsələsində fəaliyyətsizliyi, eləcə də Brüsselin qəddar "yaşıl gündəliyi" Avropa iqtisadiyyatının uzunmüddətli tənəzzülünə səbəb ola bilər.
Ümumiyyətlə, Macarıstan Aİ-nin Rusiyadan mal və xidmətlərin idxalı ilə bağlı məhdudlaşdırıcı tədbirlərini və sanksiyalarını dəstəkləmir və Rusiya ilə kifayət qədər uğurla əməkdaşlıq etməyə davam edir. Qeyd edək ki, bu həftə Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən inşa edilən "Paks" Atom elektrik stansiyasının (AES) altıncı enerji blokunun tikintisi üzrə işlərə başlanılıb.
Düzdür, Rusiya ilə əməkdaşlığa görə Aİ vaxtaşırı Macarıstanı cəzalandırır. Məsələn, ötən il Avropa İttifaqının icra orqanı Macarıstan üçün nəzərdə tutulan büdcəsindən 7,5 milyard avro ayrılmasının dayandırılmasını təklif edərək, bunu ölkənin korrupsiyaya qarşı mübarizədə kifayət qədər səy göstərmədiyini əsas gətirib.
Buna bənzər tədbirlər Polşa üçün də planlaşdırılıb. AK bu yaxınlarda Varşavanı pandemiyadan sonra iqtisadiyyatın bərpası üçün subsidiyalardan məhrum etməklə hədələyib. Səbəb hələ də eynidir: Polşa hakimiyyəti Rusiyaya qarşı sanksiyalarına qoşulsa da, məhdudiyyətlərin ilk növbədə Polşa büdcəsinə zərbə vuracağını bildirərək tez-tez tənqid olunub.
Aİ iki yanğın arasında
Beş Avropa ölkəsinə Ukrayna taxılının idxalına qoyulan məhdudiyyətlər müddətinin başa çatması ərəfəsində ekspertlər Aİ-nin nəyi seçəcəyinə (ittifaqı yoldaşlarını və ya beynəlxalq imicini) mərc edirlər.
Həqiqətən də, Aİ üçün seçim açıq deyil, çünki bir tərəfdən Ukrayna taxılının Avropa bazarına tədarükü avrozonanın daxili bazarında kənd təsərrüfatı məhsullarının qiymətlərini xeyli aşağı salıb. Ancaq, digər tərəfdən isə avropalı fermerləri çətin vəziyyətə qoymaq nəinki yanlış, həm də baha başa gəlir. Axı Avropa İttifaqı artıq Polşa, Macarıstan, Bolqarıstan, Slovakiya və Rumıniyadakı fermerlərə 100 milyon avro maliyyə dəstəyi ayırmalı olub.
Eyni zamanda, Aİ-nin siyasətindən narazı qalan Avropa ölkələri getdikcə artır. Belə ki, avqustun əvvəlində Çexiya Ukrayna taxılının və quş əti idxalının məhdudlaşdırılması məsələsinə baxılması xahişi ilə Avropa Komissiyasına müraciət edib.
Ekspertlər hesab edirlər ki, əgər Aİ ona üzv olan ölkələrin istədiyi kimi olarsa və əlavə məhdudiyyətlər tətbiq edərsə, öz narazılıqlarını ifadə edən ölkələr sırasına yeni ölkələr də əlavə olunacaq və Ukraynadan kənd təsərrüfatı məhsullarının tranziti üçün əlavə nəqliyyat xərclərini ödəmək üçün lazımi vəsaitin olmaması üzündən Aİ Ukrayna taxılını digər qeyri-Avropa bazarlarına yönləndirə bilmir.
Nəticədə, ekspertlərin fikrincə, Ukrayna taxılı öz istehlakçısını tapa bilməz və Kiyevin Brüsselə qarşı olduqca aqressiv ritorikası onun Qərbdə getdikcə daha çox tərəfdarının Ukraynanı dəstəkləməkdən imtina etməsinə səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0