https://sputnik.az/20230910/rusiya-qxk-nin-erzaq-yukunun-xankendi-istiqametinde-hereketi-ayrica-bir-razilasmadir-458471813.html
Rusiya QXK-nin ərzaq yükünün Xankəndi istiqamətində hərəkəti ayrıca bir razılaşmadır
Rusiya QXK-nin ərzaq yükünün Xankəndi istiqamətində hərəkəti ayrıca bir razılaşmadır
Sputnik Azərbaycan
Hikmət Hacıyev yazıb ki, Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir. 10.09.2023, Sputnik Azərbaycan
2023-09-10T00:48+0400
2023-09-10T00:48+0400
2023-09-10T10:06+0400
siyasət
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
laçın
xankəndi
şuşa-xankəndi yolu
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107325_0:320:3072:2048_1920x0_80_0_0_17ef48cf8c5e54e2c41029503cd3fb04.jpg
BAKI, 10 sentyabr - Sputnik. Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükünün Xankəndi istiqamətində hərəkət etməsi ayrıca bir razılaşmadır və Beynəlxalq Qızıl Xaç Komitəsinin daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır.Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb."Reuters", "Politico" və BBC daxil olmaqla, beynəlxalq jurnalistlərin çoxsaylı sorğularına cavab olaraq aşağıdakılara aydınlıq gətirmək istəyirəm:Sabah Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükü Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində gedəcək. Bu, ayrıca bir razılaşmadır və BQXK-nin daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoşniyyətli jest kimi razılığını bildirib. Lakin qanunsuz rejim bundan imtina edib.Bununla belə, Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir.Yalan və uydurma seçkilər, ya da seçimi ciddi uğursuzluq və əks-məhsuldar adlandırmaq istərdim. Qanunsuz marionet rejimi ləğv edilməli və tərksilah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin yaşaya və birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur" - o qeyd edib.
https://sputnik.az/20230909/qarabagdaki-separatcilar-agdam-xankendi-yolu-uzerinden-yuk-qebul-edeceyini-aciqlayiblar-458470657.html
şuşa-xankəndi yolu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107325_341:0:3072:2048_1920x0_80_0_0_7684b06120200263ad3e4c8a424eb801.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, laçın, xankəndi, şuşa-xankəndi yolu
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, laçın, xankəndi, şuşa-xankəndi yolu
Rusiya QXK-nin ərzaq yükünün Xankəndi istiqamətində hərəkəti ayrıca bir razılaşmadır
00:48 10.09.2023 (Yenilənib: 10:06 10.09.2023) Hikmət Hacıyev yazıb ki, Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir.
BAKI, 10 sentyabr - Sputnik. Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükünün Xankəndi istiqamətində hərəkət etməsi ayrıca bir razılaşmadır və Beynəlxalq Qızıl Xaç Komitəsinin daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
sosial şəbəkədə yazıb.
"Reuters", "Politico" və BBC daxil olmaqla, beynəlxalq jurnalistlərin çoxsaylı sorğularına cavab olaraq aşağıdakılara aydınlıq gətirmək istəyirəm:
Sabah Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükü Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində gedəcək. Bu, ayrıca bir razılaşmadır və BQXK-nin daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoşniyyətli jest kimi razılığını bildirib. Lakin qanunsuz rejim bundan imtina edib.
Bununla belə, Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir.
Yalan və uydurma seçkilər, ya da seçimi ciddi uğursuzluq və əks-məhsuldar adlandırmaq istərdim. Qanunsuz marionet rejimi ləğv edilməli və tərksilah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin yaşaya və birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur" - o qeyd edib.