QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağdakı separatçılar Ağdam-Xankəndi yolu üzərindən yük qəbul edəcəyini açıqlayıblar

© Photo : Azerbaijan Red Crescent SocietyRusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR
Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR - Sputnik Azərbaycan, 1920, 09.09.2023
Abunə olmaq
BAKI, 9 sentyabr - Sputnik. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar Ağdam-Xankəndi yolu üzərindən yük qəbul edəcəyini açıqlayıblar.
"Report" xəbər verir ki, bu barədə qondarma rejimin "informasiya mərkəzi" məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Eyni zamanda, Rusiya da eyni yolla keçən marşrutla Qarabağa ərzaq yükü göndərib.
Rusiya Qızıl Xaç Cəmiyyəti - Sputnik Azərbaycan, 1920, 12.09.2023
QARABAĞ
Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını Ağdam-Xankəndi yolu ilə gedərək Xankəndiyə çatıb
Xəbər lenti
0