https://sputnik.az/20230908/neymar-karyerasinin-en-agir-meglubiyyetini-aciqlayib-458409822.html
Neymar karyerasının ən ağır məğlubiyyətinı açıqlayıb
Neymar karyerasının ən ağır məğlubiyyətinı açıqlayıb
Sputnik Azərbaycan
DÇ-2022-də Braziliya yığması penaltilər seriyasında Xorvatiyaya uduzub. 08.09.2023, Sputnik Azərbaycan
2023-09-08T09:37+0400
2023-09-08T09:37+0400
2023-09-08T09:37+0400
idman
neymar
neymar
braziliya
braziliya yığması
penalti
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456266305_0:0:3072:1728_1920x0_80_0_0_61ff623056b7d5959eaef170836012a1.jpg
BAKI, 8 sentyabr - Sputnik. Braziliyalı futbolçu Neymar 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komandasının Xorvatiya millisinə uduzmağını karyerasının ən ağır məğlubiyyəti adlandırıb.“Report” xəbər verir ki, bu barədə “L Equipe” nəşri yazıb.“Təəssüf ki, dünya çempionluğu növbəti dəfə təxirə salındı. Bundan acı itki yox idi. Artıq etdiyimiz yaxşı işləri xatırlamalıyıq. Dünya çempionatında çıxış edən futbolçularımız var, bizə çoxlu gənclər gəlir, artırlar.DÇ-2026-ya üç il qalıb, lakin illər çox tez keçir, hazırlığa indidən başlamalıyıq. Yenilənmə mərhələsinə başlayırıq. Bu bir gecədə baş vermir. Ancaq hədəflərimizə çatmaq üçün maksimum gücümüzü verməyə çalışacağıq”, - forvard bildirib.Qeyd edək ki, DÇ-2022-də Braziliya yığması penaltilər seriyasında Xorvatiyaya uduzub.Braziliya DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Boliviya ilə qarşılaşacaq. Görüş sentyabrın 9-na keçən gecə baş tutacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456266305_148:0:2879:2048_1920x0_80_0_0_c91756c43a7e5a24cc9ec7076a9bbef4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neymar, neymar, braziliya, braziliya yığması, penalti
neymar, neymar, braziliya, braziliya yığması, penalti
Neymar karyerasının ən ağır məğlubiyyətinı açıqlayıb
DÇ-2022-də Braziliya yığması penaltilər seriyasında Xorvatiyaya uduzub.
BAKI, 8 sentyabr - Sputnik. Braziliyalı futbolçu Neymar 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komandasının Xorvatiya millisinə uduzmağını karyerasının ən ağır məğlubiyyəti adlandırıb.
“Report” xəbər verir ki, bu barədə “L Equipe” nəşri yazıb.
“Təəssüf ki, dünya çempionluğu növbəti dəfə təxirə salındı. Bundan acı itki yox idi. Artıq etdiyimiz yaxşı işləri xatırlamalıyıq. Dünya çempionatında çıxış edən futbolçularımız var, bizə çoxlu gənclər gəlir, artırlar.
DÇ-2026-ya üç il qalıb, lakin illər çox tez keçir, hazırlığa indidən başlamalıyıq. Yenilənmə mərhələsinə başlayırıq. Bu bir gecədə baş vermir. Ancaq hədəflərimizə çatmaq üçün maksimum gücümüzü verməyə çalışacağıq”, - forvard bildirib.
Qeyd edək ki, DÇ-2022-də Braziliya yığması penaltilər seriyasında Xorvatiyaya uduzub.
Braziliya DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Boliviya ilə qarşılaşacaq. Görüş sentyabrın 9-na keçən gecə baş tutacaq.