https://sputnik.az/20230906/meshur-avtomobil-brendlerinin-cin-versiyasina-azerbaycanda-maraq-artir---ekspert-458310662.html
Məşhur avtomobil brendlərinin Çin versiyasına Azərbaycanda maraq artır - Ekspert
Məşhur avtomobil brendlərinin Çin versiyasına Azərbaycanda maraq artır - Ekspert
Sputnik Azərbaycan
Cari ilin birinci yarısında Azərbaycan Çindən 3576 ədəd minik avtomobili idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. 06.09.2023, Sputnik Azərbaycan
2023-09-06T09:29+0400
2023-09-06T09:29+0400
2023-09-06T09:29+0400
toyota
iqtisadiyyat
avtomobil
minik avtomobilləri
çin
istehsal
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1f/427087888_0:183:3000:1871_1920x0_80_0_0_58fd3bff1cdcf6f74564ee3573038f98.jpg
BAKI, 6 sentyabr — Sputnik. Çindən Azərbaycana gətirilən minik avtomobillərinin sayı artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Azərbaycan Çindən 3576 ədəd minik avtomobili idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. İdxalın artmasının səbəbi nədir? Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada tanınmış avtomobil brendlərinin Çin versiyası bu ölkə tərəfindən hazırlanır və daha ucuz qiymətə ixrac edilir. Rəsmi dillerlər bu məsələdən narahatdır. Çünki tanınmış avtomobil brendlərinin ("Mercedes" və s.) Çində hazırlanan kopyası Azərbaycana idxal edilir. "Tanınmış brendlərin Çin versiyasına maraq artır" Ekspert bildirib ki, daha ucuz başa gəldiyinə görə, məşhur avtomobil brendlərinin Çin versiyasına Azərbaycanda da maraq artır:O diqqətə çatdırıb ki, ona görə də vətəndaşlarımız dünyada tanınmış brendlərin Çin versiyasını alarkən diqqətli olmalıdırlar ki, sonradan əziyyət çəkməsinlər, problemlə üzləşməsinlər:"Məsələn, "Toyota" markalı avtomobillə Çindən gətirilən eyni markalı avtomobilin ön şüşələri bir-birilərinə uyğun gəlmir. Bundan başqa, Çindən ehtiyat hissəni sifariş verəndə 3-5 ay gözləyin deyirlər". "Çin markalı avtomobil almaq sərfəlidir" Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da Sputnik Azərbaycan-a qısa açıqlamasında sahibkarlar üçün Çindən Azərbaycana avtomobil gətirməyin sərfəli olduğunu, çünki Çində avtomobillərin daha ucuz satıldığını söyləyib. Çin markalı avtomobillər Azərbaycanda Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 3124 ədəd "Changan", 1575 ədəd "Haval", 1552 ədəd "Geely" və digər Çin markalı avtomobillər mövcud olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230815/azerbaycan-avtomobil-idxalina-cekdiyi-xerci-artirib-457713038.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1f/427087888_505:0:3000:1871_1920x0_80_0_0_f280b0f07dd1c37559d93dd67937dee2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
toyota, avtomobil, minik avtomobilləri, çin, istehsal, azərbaycan
toyota, avtomobil, minik avtomobilləri, çin, istehsal, azərbaycan
Məşhur avtomobil brendlərinin Çin versiyasına Azərbaycanda maraq artır - Ekspert
Cari ilin birinci yarısında Azərbaycan Çindən 3576 ədəd minik avtomobili idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
BAKI, 6 sentyabr — Sputnik. Çindən Azərbaycana gətirilən minik avtomobillərinin sayı artır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Azərbaycan Çindən 3576 ədəd minik avtomobili idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
İdxalın artmasının səbəbi nədir?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada tanınmış avtomobil brendlərinin Çin versiyası bu ölkə tərəfindən hazırlanır və daha ucuz qiymətə ixrac edilir. Rəsmi dillerlər bu məsələdən narahatdır. Çünki tanınmış avtomobil brendlərinin ("Mercedes" və s.) Çində hazırlanan kopyası Azərbaycana idxal edilir.
"Tanınmış brendlərin Çin versiyasına maraq artır"
Ekspert bildirib ki, daha ucuz başa gəldiyinə görə, məşhur avtomobil brendlərinin Çin versiyasına Azərbaycanda da maraq artır:
"Məsələn, şəxs düşünür ki, rəsmi dillerdən 80 min manata ala biləcəyi avtomobili, Çindən 55-60 min manata gətirə bilər. Amma o şəxs bilmir ki, tanınmış brendlərin Çin versiyasına ölkəmizdə rəsmi zəmanət yoxdur. Məsələn, Çində istehsal edilən "Toyota" markalı avtomobili ölkəyə gətirəndə heç bir zəmanət verilmir. İkincisi, ölkəmizdə hazır avtomobilin ehtiyat hissələri tanınmış brendlərin Çin versiyasına uyğun gəlmir. Hətta diaqnostikada həmin avtomobilin beyin sistemi görünmür".
O diqqətə çatdırıb ki, ona görə də vətəndaşlarımız dünyada tanınmış brendlərin Çin versiyasını alarkən diqqətli olmalıdırlar ki, sonradan əziyyət çəkməsinlər, problemlə üzləşməsinlər:
"Məsələn, "Toyota" markalı avtomobillə Çindən gətirilən eyni markalı avtomobilin ön şüşələri bir-birilərinə uyğun gəlmir. Bundan başqa, Çindən ehtiyat hissəni sifariş verəndə 3-5 ay gözləyin deyirlər".
"Çin markalı avtomobil almaq sərfəlidir"
"Lakin Çinin öz tanınmış avtomobillərini ("Changan" və s.) almaq sərfəlidir və 5-6 il zəmanəti də var. Digər tərəfdən, Çin markalı bu avtomobillər keyfiyyətlidir", - deyə o əlavə edib.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da Sputnik Azərbaycan-a qısa açıqlamasında sahibkarlar üçün Çindən Azərbaycana avtomobil gətirməyin sərfəli olduğunu, çünki Çində avtomobillərin daha ucuz satıldığını söyləyib.
Çin markalı avtomobillər Azərbaycanda
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 3124 ədəd "Changan", 1575 ədəd "Haval", 1552 ədəd "Geely" və digər Çin markalı avtomobillər mövcud olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.