https://sputnik.az/20230815/azerbaycan-avtomobil-idxalina-cekdiyi-xerci-artirib-457713038.html
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci artırıb
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci artırıb
Sputnik Azərbaycan
Bu avtomobillərin 8 426-sı (186,544 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat... 15.08.2023, Sputnik Azərbaycan
2023-08-15T19:14+0400
2023-08-15T19:14+0400
2023-08-15T19:14+0400
azərbaycan
iqtisadiyyat
avtomobil
idxal
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0f/454872798_0:160:3072:1888_1920x0_80_0_0_8e93e87d80464fde49f0b2af0429b7c2.jpg
BAKI, 15 avqust — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycana 900,59 milyon ABŞ dolları dəyərində 56 766 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 66,3 % və 37,2 % çoxdur. 7 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,1 dəfə azalaraq 80 ədəd (5,409 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 38,1 % artaraq 52 675 ədəd (813,945 milyon ABŞ dolları dəyərində) təşkil edib. Bu avtomobillərin 8 426-sı (186,544 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 492-si (61,362 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu isə birincinin 19,2 %, ikincinin isə 8 dəfə artması deməkdir. Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 39,6 % artaraq 3 794 ədəd (57,897 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,3 % artaraq 217 ədəd (23,34 milyon ABŞ dolları dəyərində) olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0f/454872798_171:0:2902:2048_1920x0_80_0_0_7d947039daa73254c8cfa15f0cdad3f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, avtomobil, idxal
azərbaycan, avtomobil, idxal
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci artırıb
Bu avtomobillərin 8 426-sı (186,544 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələridir.
BAKI, 15 avqust — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycana 900,59 milyon ABŞ dolları dəyərində 56 766 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 66,3 % və 37,2 % çoxdur.
7 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,1 dəfə azalaraq 80 ədəd (5,409 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 38,1 % artaraq 52 675 ədəd (813,945 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 8 426-sı (186,544 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 492-si (61,362 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 19,2 %, ikincinin isə 8 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 39,6 % artaraq 3 794 ədəd (57,897 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,3 % artaraq 217 ədəd (23,34 milyon ABŞ dolları dəyərində) olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.